Keşiş Allahı inkar etdi

30.12.2014 - 02:08

ABŞ-da Rayan Bell adlı keşiş bir il ərzində ateist olmağı sınayıb.Axar.az xəbər verir ki, “Yeddinci gün” kilsəsinin keşişi və professor olan Rayan Bell bir il bundan əvvəl açıqlama verərək, “ateist olmağı sınayacağını” demişdi. Amma o vaxt hamı keşişin alternativləri göstərməyə çalışdığını düşünürdü, keşişin həqiqətən ateist olacağı heç kimin ağlına gəlmirdi.Bellin bu açıqlamasından sonra onu kilsədən də universitetdəki işindən də qovmuşdular.
Bell isə vəziyyəti anlayışla qarşıladığını demişdi:”Mən bunu sınaqdan çıxaracağım müddətdə məni fakültədə saxlamayacaqlarını dedilər. Bunu təbii qarşılayıram”.”Pateos” adlı dini xəbər saytının oxucuları bu vəziyyəti öyrənəndən sonra işsiz qalan Rayan Bell və ailəsi üçün 27 min dollar toplayıb.Dekabrın 27-si keşişin bir illik sınaqdan sonra açıqlaması yayımlanıb: “Tanrının varlığı haqqında olan bir çox məqalələri araşdırdım və bu günə qədər inandığım şeyi dəstəkləyən heç nə tapa bilmədim. Açığı Tanrının var olduğuna inanmıram. Ən böyük dəlilim də özüm və təcrübələrimdir”Bell il ərzində uşaqlığından bəri inandığı şeyləri sübut edəcək çox şey tapa bilmədiyini açıqlayıb.Bell inancının tamamilə doğru olduğunu da iddia etmir. O da bir çox ateist kimi Tanrının varlığına dair dəlillərə açıq olduğunu, amma bu dəlilləri hələ də tapa bilmədiyini iddia edir:”Deyəsən, əvvəllər Tanrıya yaxın olmaq istəyərdim, amma indi daha yaxın olmaq istəmirəm”.Keçmiş keşişin inanc dünyasındakı əhəmiyyətli dəyişikliklər həyatının digər sahələrinə də təsir edib. İndi yeni iş tapan Bell keşiş olduğu vaxt birlikdə işlədiyi “Evsizlərə yardım edən insanlar” (People Assisting the homeless, PATH) qrupunda işə başlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14939

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728