Şərqdə böyük müharibə başlayır

30.12.2014 - 02:23

İraq
hökuməti İŞİD-i başda Mosul və neft bölgəsi Beyce başda olmaqla işğal
etdiyi bölgələrdən çıxarmaq üçün genişmiqyaslı əməliyyat keçirməyə
hazırlaşır. Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ əməliyyatın həyata keçirilməsinə böyük köməklik göstərəcək. 

İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının üzvü Macid
Garavi bildirib ki, Vaşinqton ilə Bağdad arasındakı hərbi razılaşma
çərçivəsində İraq ordusunun gücləndirilməsi üçün yanvar ayının əvvəlində
61 “Abrahams” tankı göndəriləcək. O, Küveytin 300 tankın hədiyyə
edəcəyini söyləyib.

Təxminən 357 min sünni isə İŞİD-lə döyüşmək üçün hərbi mərkəzlərə
adını yazdırıb. Eyni zamanda İŞİD Mosulun müdafiəsinə hazırlaşır. Terror
qruplaşması Mosulda böyük müharibəyə hazırlıq çərçivəsində şəhərin
ətrafında xəndək qazır.

Short URL: http://www.cumhuriyyet.net/?p=14940

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728