Fərhad və Rafiq Əliyev qardaşları xaricdəki bizneslərini genişləndirir

30.12.2014 - 09:50

Bankdakı səhm payının satılmasının səbəbi üzə çıxır

Bankdakı səhm payının satılmasının səbəbi üzə çıxır

 

“Azpetrol
Holding” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev “Bank of Baku”
ASC-də ona məxsus iki səhm paketini satıb. Əməliyyat dekabrın 25-də Bakı
Fond Birjasında baş tutub. BFB-nin məlumatına görə, birjada qeyd edilən
bankın 11,160,857 manat dəyərində yaxud nominalı 15,55 manat olan
səhmlərin alqı-satqı əməliyyatı baş tutub. Satılan pay bankın
səhmlərinin ümumi emissiyasının 21,10%-i təşkil edir. Alıcının kimliyi
haqda məlumat verilmir. Belə bir məlumat hələlik bankın saytında da
yerləşdirilməyib.

2005-ci
ildə korrupsiya və vəzifə saxtakarlıqları ittihamı ilə həbs olunan
Fərhad və Rafiq Əliyevlər 2013-cü ildə əfv fərmanı ilə azad olunublar.
Əliyev qardaşları həbsdən çıxandan sonra Azərbaycanı tərk ediblər.
Onların Londona köçdükləri haqda məlumatlar da var. “Bank of Baku”nun
saytındakı məlumatlardan aydın olur ki, Rafiq Əliyev şəxsən səhmlərin
11,22 faizinə, ona məxsus olan “Azinvest” MMC vasitəsi ilə isə 9,89%-ə
sahib idi. R.Əliyevin həbsinə qədər sahibi olduğu “Azpetrol” MMC bankın
səhmlərinin  28,89-nə sahib olub. Bu sahiblik bu gün də qalır. 
Bankın
saytında yer alan 2012-ci ilə dair audit hesabatında (payçılar belə
bölünür: “Nab Holding” (40%), В«Azpetrol Neft ŞirkətiВ» MMC (28,89), Rafiq
Əliyev (11,22%), Elçin İsayev (10%) və В«AzinvestВ» MMC (9,9%)…
R.Əliyevin
gəliri pis olmayan bankdakı səhm payını satması suallar yaradıb. Belə
məlumat var ki, R.Əliyev həbsdə olarkən bankdakı payını satmağa razılıq
verib. Lakin sonradan bu razılaşma bir qədər ertələnib. Amma qüvvədən
düşməyib. Azadlığa çıxandan sonra Əliyev qardaşları Azərbaycanda olan
əmlaklarını sataraq ölkədən kənarda olan bizneslərini genişləndirməyə
qərar veriblər. Bankdakı səhm payının satılmasının da həm də bu qərara
uyğun atılan addım olduğu bildirilir.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=14943

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728