Qafqazın ən böyük məscidini Qafqazın şeyxinə vermədilər
“Heydər” məscidinin BŞİH-də saxlanması QMİ sədrinin iqtidardakı rəqiblərindən ona növbəti zərbə kimi qiymətləndirilir…
dekabrın 26-da Bakıda yeni və ən böyük “Heydər” məscidinin açılışı olub.
Açılış mərasimində prezident İlham Əliyev və ailə üzvləri iştirak
ediblər. Məscidin tikintisi ilə bağlı
sərəncamı ölkə başçısı 2012-ci ildə vermişdi. Dövlət vəsaiti hesabına
tikilən yeni məscid Binəqədi ərazisində yerləşir və eyni vaxtda 4 min
dindarın ibadət etməsi imkanlarına sahibdir. Məscidin təhvil
verilməsindən sonra əsas diqqət yeni ibadət ocağının axundunun kim
olacağı və məscidin hansı quruma veriləcəyindən yana idi. Mətbuatda
gedən iddialara görə, məscidin idarəçiliyi Qafqaz Müsəlmanları İdarəsinə
(QMİ) veriləcək və axund da qanuna əsasən QMİ tərəfindən təyin
olunacaq.
bura axund təyinatı ilə bağlı heç bir məlumat yayılmadı. “Trend” məscidə
QMİ sədrinin müavini Hacı Fuad Nurullanın axund, QMİ sədrinin birinci
müavini müfti Hacı Salman Musayevin (Əfəndi) isə imam təyin olunacağı
ilə bağlı xəbər yaydı. Ancaq az sonra yenə həmin agentliyin yaydığı
məlumatda məscidin saxlanılması və idarə edilməsinin BŞİH-ə həvalə
edildiyi qeyd olunurdu. BŞİH-dən verilən məlumatda həmçinin “Heydər”
məscidinin axundunun və imamının təyinatı haqqında məlumat veriləcəyi
bildirilirdi.
məscidlər – tarixi abidə statusunda olanlar istisna olmaqla, dini
icmalar vasitəsilə idarə olunur. Bir sıra məscidlər isə birbaşa QMİ-nin
idarəçiliyindədir. Ancaq istisnasız bütün ölkə məscidlərinə axund və
imam təyinatı QMİ ilə razılaşdırılmaqla və ya birbaşa QMİ tərəfindən
təyin olunur. Ancaq görünən odur ki, yeni məscidlə bağlı durum bir qədər
fərqli olub. Əks halda, idarəçilik BŞİH-ə verilməzdi. Üstəlik, BŞİH
axund təyinatı ilə bağlı açıqlamada bu işin QMİ tərəfindən həyata
keçirəcəyini qeyd etməyib. Yəni dolayısı ilə işarə olunur ki, axund
təyinatını bu dəfə QMİ ilə BŞİH birgə razılaşdıracaq.
ilə bağlı QMİ-yə ünvanladığımız suala idarədən yalnız onu bildirdilər
ki, açıqlamada hər şey açıq şəkildə qeyd olunub. Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinə yeni məscidə axund təyinatı və məscidin icmasının
yaradılması ilə bağlı ünvanladığımız sual da cavablandırılmamış qaldı.
qaynaqlarımızdan əldə elədiyimiz məlumata görə, həqiqətən də yeni
məscidi Şeyxin idarəsinə verməyiblər. Əlbəttə, axund və imam təyinatı
QMİ ilə razılaşdırılacaq, ancaq məscidin idarəçiliyi yenə BŞİH-də
qalacaq. Bunun isə qəribə səbəbi var. Belə ki, yeni məsciddə çoxlu sayda
mərasim zalları var. Bu zallarda əhali üçün yas məclisləri təşkil
olunacaq. Məscidin BŞİH-ə verilməsinin bir səbəbi də məhz bu mərasim
zallarının idarəçiliyi ilə bağlıdır. Ökə rəhbərliyi yeni məscidin və
mərasim zallarının BŞİH-in idarəçiliyində olmasını istəyib.
burasındadır ki, “Təzəpir” məscidində olan və dövlət hesabına tikilmiş
mərasim zalları əhaliyə xeyli baha qiymətə xidmət göstərir və israfçılıq
hallarının ən geniş yayıldığı məkanlardan sayılır. Üstəlik, bu ilin
yayında hökumətin tətbiq etdiyi ehsan qadağasına ilk dəfə açıq şəkildə
müqavimət göstərən məhz QMİ-nin nəzarətindəki mərasim zalları oldu və
bununla da faktiki olaraq ehsan qadağası işləmədi. Yeri gəlmişkən, bu
zalların şeyxülislamın qardaşı deputat Cavanşir Paşazadənin nəzarətində
olduğu deyilir. Hökumətin Şeyxlə ciddi problemi olmasa da, qardaşının
hərəkətlərindən xeyli narazılıq olduğu deyilir. Hətta deyilənə görə,
mərasim zallarındakı bahalıqdan bir sıra rəsmilərin də şikayətləri
olub.
məscidin və onun tərkibində 10-a yaxın olduğu deyilən mərasim zallarını
QMİ-yə deyil, BŞİH-ə verməyi qərara alıb. Ancaq bu hərəkətin arxasında
Şeyxin özünə qarşı hakimiyyətdəki düşmənlərinin planları da dayana
bilər. Daha əvvəllər də qeyd etdiyimiz kimi, son illərdə hakimiyyət
içərisində Şeyxin güclü rəqibləri formalaşıb və onlar QMİ sədrinin
mövqelərini zəiflətməyə çalışırlar. Şeyx ölkə başçısına yaxın olmasından
istifadə edərək rəqiblərinin zərbələrindən yayınsa da, ona qarşı
hücumlar davam edir və hər cəhddə Şeyxin nüfuz dairəsinin daraldılması
cəhdləri olur.
10 gün əvvəl QMİ-nin əməkdaşı Elşən Mustafaoğlu MTN tərəfindən
saxlanılıb və ona qarşı 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ancaq
rəsmi qurumlar hələ də E.Mustafaoğlunun həbsi ilə bağlı rəsmi məlumat
açıqlamayıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=14944