Astarada dəhşətli qətl: ” Dedi ki, qızını öldürüb evin altına atmışam” “

30.12.2014 - 10:06

Astarada baş verən dəhşətli qətl hadisəsi bir ailəni başsız qoyub. ANS TV-nin məlumatına görə, rayonun Kakalos kənd sakini, 36 yaşlı
İsmayıl Əkbərov ailə münaqişəsi zəminində həyat yoldaşı, 31 yaşlı Aytən
Nurullayevanı xüsusi amansızlıqla qətlə yetirib. Səhər saat 7
radələrində qardaşının eyni həyətdə yeni inşa etdirdiyi evinin
talvarında arvadının həyatına son qoyan İsmayıl Astara rayon
hüquq-mühafizə orqanlarına könüllü təslim olub. Qatil ər təslim olmazdan
əvvəl uşaqları ilə vidalaşıb. Lənkəran rayonunun Şürük kəndində yaşayan
qaynananasını məlumatlandırıb.

Ödürülən gəlinin anası Yılmaz Nurullayeva xəbəri eşidəndə şoka
düşdüyünü dedi: “Mənə dedi ki, qızını öldürmüşəm qoymuşam Sadiqin evinin
altında. Gedin baxın. Mən də maşın tutdum getdik. Gördük qızı öldürüb,
üstünü örtüb”. Ödürülən gəlinin qohumu Azad Həbibovun sözlərinə görə, İsmayıl Əkbərov dəmir alətlə Aytənin başına vurub, sonra bıçaqlayıb.
Hadisənin qısqanclıq zəminində baş verdiyini hər iki tərəf
təsdiqləyir. Yaşadığı kənddəki qonşuları, həmçinin zərərçəkən tərəf belə
baş verənlərdən şoka düşdüklərini, gunəmuzd işləməklə ailə dolandıran
İsmayılı sakit, zəhmətkeş biri kimi tanıdıqlarını deyirlər.

Ər-arvad Nurullayevlərin 15 illik ailə həyatlarının bu tükürpədici,
arzuedilməz sonluğu 6-cı və 3-cü siniflərdə oxuyan Aytacı, Samirəni, yaş
yarımlıq Mikayılı taleyin ümidinə qoydu.

Qətlin təfərrüatlarını araşdıran Astara Rayon Prakurorluğunda
hadisənin ailə münaqişəsi zəminində baş verdiyi, təsdiqlənsə də
təfərrüatlara istintaq zamanı aydınlıq gətiriləcəyi bildirildi.

Short URL: http://www.cumhuriyyet.net/?p=14945

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728