Füzulidə mobil reydlər keçirilib

07.07.2020 - 10:33

Füzuli rayonunda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən reyd keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində aparılan reydlərdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər məsul şəxsləri iştirak ediblər.

Horadiz şəhərində fəaliyyət göstərən bir neçə ticarət obyektlərində, ictimai-iaşə obyektlərində satıcı və alıcılarla marifləndirici söhbətlər aparılıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah edilib.

Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən ictimai-iaşə və ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilərək bütün obyektlərdə işçi heyətinə tibbi maskalardan istifadə etmənin vacibliyi, sosial məsafənin gözlənilməsi və sanitary-gigiyenik qaydalara əməl edilməsinin əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.





https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149457

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930