Bakı kəndlərində yaşayanlara 16 günlük məşəqqət…
Dərnəgül prospektindən və kəndlərdən gələn marşrutların “Koroğlu”
metrosuna girişi qadağan ediləcək
Dərnəgül prospektindən və kəndlərdən gələn marşrutların “Koroğlu”
metrosuna girişi qadağan ediləcək
Nəqliyyat
Nazirliyi iyun ayında Bakı kəndlərinə işləyən marşrutlara məhdudiyyət
tətbiq edəcək. Belə ki, metronun “Koroğlu” stansiyasından kənd və
qəsəbələrə hərəkət edən avtobusların bu əraziyə girişi qadağan olunacaq.
Avropa Yay Oyunları ilə əlaqədar nazirlik sözügedən massivdə
marşrutların dayanmasına icazə verməyəcək. Eyni
qayda iyunun 12-dən 28-dək Ayna Sultanova heykəli istiqamətindən
Dərnəgül yoluna da şamil olunacaq. Kəsəsi, Avropa oyunları günlərində
yarışma keçirilən əraziyə avtobuslar işləməyəcək. Dərnəgül prospektində
avtobus dayanacaqlarının tikilməməsi də marşrutların həmin ərazidən
keçməyəcəyinə sübutdur. Artıq nazirlik iyunun əvvəlində bu qeyri-rəsmi
qərarı reallaşdıracaq və tədbir yekunlaşandan sonra yenidən ictimai
nəqliyyatda həyat öz axarına düşəcək.
gəlmişkən, indidən Bakı kəndlərinə işləyən avtobusların “Koroğlu”
metrosunun qarşısından yığışdırılmasına başlanıb. Bir neçə gündür ki,
nəqliyyat
avtobusları saxlamağa qoymur. Hətta ilk günlərdə bu məsələ sürücülərlə
Nəqliyyat Departamenti əməkdaşları arasında mübahisəyə səbəb olub. Ancaq
nazirliyin qərarı dəyişməzdi və avtobuslar yalnız “Koroğlu” körpüsünün
altında saxlana bilər.
metrodan çıxıb əvvəlki kimi dərhal marşruta minə bilmirlər. Bunun üçün
bir az məsafə qət edib körpünün altına getmək lazımdır. Nəqliyyat
müfəttişləri bunu ərazidə sıxlığın yaranması ilə izah ediblər. Onların
sözlərinə görə, bu qayda axşam saatlarına qədər qüvvədədir və 8:00
radələrindən sonra metro qarşısında avtobus saxlamağa imkan verilir.
dediyinə görə, bu qərar onlardan daha çox, sərnişinləri narazı salıb.
Çünki körpünün altına qədər piyada getmək lazımdır. Sürücülər danışır
ki, bu proses indidən başlanıb və iyunda, ümumiyyətlə, kənd
avtobuslarının “Koroğlu”da dayanması yasaqlanacaq. Onların məlumatına
görə, hələlik metronun “Qara Qarayev” stansiyasının qarşısının son
duracaq kimi istifadə olunması nəzərdə tutulub.
belə, qərar dəyişə bilər və yeni trayektoriya kimi Bakıxanov qəsəbəsi
seçilə bilər. Bu isə öz növbəsində həm sürücülər, həm sərnişinlər üçün
16 günlük əməlli-başlı işgəncə deməkdir. Həm vaxt itkisi, həm tıxaclar,
həm yolun uzadılması şəhər əhalisinə cəhənnəm əzabı yaşadacaq. Sürücülər
danışırlar ki, onlara hələlik heç bir xəbərdarlıq olunmayıb, amma
az-çox bu haqda eşidiblər.
keçiriləndə də belə olmuşdu. Şəhəri təmizlədilər, köhnə taksiləri,
avtobusları mərkəzə buraxmadılar. Bu il də olimpiya stadionu tərəfində
marşrut buraxmayacaqlar. Ancaq o vaxt heç bir tıxac olmamışdı. İstəyəndə
edirlər. Düzü, bizə heç nə deməyiblər. Guya biz kimik ki, nə desinlər.
Yarışa 5-10 gün qalmış gəlib tələb edəcəklər ki, gedin burdan, filan
yerdə saxlayın. Bura Azərbaycandır, hər variant mümkündür”, – deyə 136
saylı marşrut avtobusunda işləyən sürücü şikayətlənir.
nömrəli marşrutda çalışan sürücülərdən biri isə deyir ki, onlara
əslində “Qara Qarayev” sərf edir: “Biz onsuz da axşam vaxtı, pik
saatlarda “Koroğlu” metrosunun qabağına gəlmirik. Gəlib körpüdən
qalxırıq, düz Qarayevə qədər sürürük. Ordan da sıxlıq olmasa dönüb
təzədən qayıdırıq, olsa metronun yanında saxlayırıq. Çünki tıxac olur,
çıxa bilmirik. Əgər iyunda bizə desələr, ora gedin, heç pis olmaz.
Körpünü qalxdın, 5 dəqiqəyə problemsiz çatırsan. Belə baxanda “Koroğlu”
dəlixanadır”.
Nazirliyində Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Baş Dövlət Yol
Polisi İdarəsinin, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Metropoliteninin
və “Bakı – 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC)
səlahiyyətli nümayəndələrinin iştirakı ilə geniş tərkibli müşavirə
keçirilib. Azərbaycana 1500 ədəd yeni sərnişin avtobusları gətiriləcəyi
planlaşdırılıb. Bu avtomobillərin Avropa Yay Oyunlarına qədər
gətirilməsi nəzərdə tutulub. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Namiq Həsənov qeyd edib ki, bu avtobuslar əsasən Cənubi Koreya
və Türkiyədən Azərbaycana gətiriləcək. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=14946