Məhkumun ölümü 14-cü “zon”da yeni amansızlıqlara meydan açıb

30.12.2014 - 10:48

Məhkum anası: “Oğlumu döyüblərsə də mənə göstərsinlər”

“Mən
övladımı görmək istəyirəm. Oğlumu döyüblərsə də mənə göstərsinlər.
Görüş istəyirəm, deyirlər heç cür olmaz. Kimə şikayət edək, dərdimizi
kimə deyək bilmirik” – bu sözləri “Yeni Müsavat”a məhkum Anar Qasımlının
anası Kimyaxanım Qasımlı deyib. Bildirib ki, oğlu hicab aksiyası zamanı
həbs olunduqdan sonra 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək 14
saylı cəzaçəkmə müəssisəsinə göndərilib: “Ora getdik, dedilər ki, Anarı
Binə qəsəbəsindəki Vərəmli Məhbuslar üçün İxtisaslaşmış Müalicə
Müəssisəsinə göndəriblər.

Gəlmişik
bura. Anarı niyə bura göndəriblər bilmirik. O, sağlamdır. Onunla
sonuncu dəfə dekabrın 6-da görüşmüşük. Əhvalı yaxşı idi. Gəlmişəm bura,
rəis Nizami Cavanşir oğlu Quliyev deyir ki, görüş verə bilmərəm.
Səbəbini soruşuram, cavab verdi ki, oğlun karsdadır. Deyirəm, məgər 14
saylı zonda kars yoxdur? Niyə onu buranın karsına gətiriblər? Cavab
vermir. Mənim oğlum sağ-sağlam həbs olunub. Onun heç bir xəstəliyi
yoxdur”.
14
saylı cəzaçəkmə müəssisəsində dekabrın 22-də məhkumlar qiyama
qalxıblar. Onları bu addıma sövq edən məhkum Elşad Babayevin
işgəncələrlə öldürülməsi olub. Aksiyadan sonra müəssisədə vəziyyət
mürəkkəb olaraq qalır. Musavat.com-a çatan son məlumata görə, həbsxana
rəhbərliyi məhbus ölümündə işçilərin əvəzinə məhkumları cəzalandırır.
Gələn xəbərlərə görə, hicab məhbusları – cenubnews.com internet qəzeti
xəbərinin müəssisədə cəza çəkən təsisçi-baş redaktoru Araz Quliyev, Anar
Qasımlı və bir neçə məhbus digər müəssisəyə köçürülüblər. Belə məlumat
var ki, həmin müəssisəyə məhkumlar xüsusi olaraq aparılır və döyülürlər.
Digər
məlumatda deyilir ki, karsa salınan məhbuslar arasında dindar Rza Ağalı
da var. Masallı rayonunda olan  R.Ağalı 7 il müddətinə azadlıqdan
məhrum edilib. Hazırda müəssisəsdə araşdırmalar davam edir. Bundan sonra
da etiraz aksiyasında iştirak edən digər məhkumların “kars”a salınacağı
gözlənilir. Əsasən müəssisənin “işverən” məhkumları öldürülən məhkum
Elşad Babayevin ətrafında olmuş məhbusların üzünə durur və bundan sonra
həmin məhkumlar cəza kamerasına salınır. Yayılan məlumatlarda məhkum
Elşad Babayevi işgəncə ilə öldürməkdə müəssisənin 5 nəzarətçisinin adı
çəkilir – Firdovsi, Faiq, Rahid, İsmayıl və Vüqar. Bu şəxslər qiyamdan
sonra müəssisəyə getmirlər. 
Rza Ağalının
qardaşı Bəxtiyar Ağayev islamazeri.az-a deyib ki, qardaşını da E.Babayev
kimi öldürə bilərdilər. B.Ağayev bildirib ki, qardaşı artıq 2 il 4
aydır ki, həbs olunduğu müddət ərzində demək olar ki, kars həyatı
yaşayıb: “Rzanın həyatı “kars”larda çürüyür. Onu həbs olunduğu müddət
ərzində hər zaman karsa salıblar. O, hər dəfə həbsxanada azan vaxtı azan
verdiyi üçün cəza kamerasına salınıb. Hətta qardaşıma o qədər işgəncə
veriblər ki, ciyərlərinə su gəlib. Bu an onun sağlamlığı təhlükədədir.
Amma bütün bunlara baxmayaraq, Rza şikayət etməyimizi istəmir. Onu da
deyim ki, heç kim Rzaya və onun timsalında digər mömin məhbuslara təzyiq
göstərə bilməz. Onlar birbaşa Allaha bağlı olan insanlardır”.
14
saylı CM-də məhbus həyatı yaşayan jurnalist Araz Quliyevin qardaşı da
nigaran olduğunu bidlirib. Azər Quliyev deyib ki, həbsxananın hansısa
bir nadzoru məhkumu döyüb öldürürsə, o, cəza çəkməlidir.
Xatırladaq
ki, dekabrın 22-də 31 yaşlı məhkum Elşad Babayev həbsxananın 5 nadzoru –
Firdovsi, Faiq, Rahib, İsmayıl və Vüqar tərəfindən işgəncə ilə
öldürülüb. Bundan sonra həbsxanadakı məhkumlar baş verən haqsızlığa
qarşı etiraz ediblər. E.Babayevin bacısı S.Babayeva qardaşının ölümündə
suçu olan hər kəsin cəzalandırlmasını tələb edir. 
E.Babayevin
dünyasını dəyişməsi faktına görə Qaradağ Rayon Prokurorluğunda cinayət
işinin başlanıldığı bildirilir. Bu günə qədər prokurorluq orqanları
olayla bağlı rəsmi məlumat verməkdən çəkinirlər. Bu isə baş vermiş
cinayətin ört-basdır edilməsi haqda müzakirələrə yol açıb(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=14948

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728