Hikmət Cavadov: Ukraynada hərbi münaqişə zonasında qalan azərbaycanlılar var

30.12.2014 - 17:44

Ukraynada hərbi münaqişə zonasında
dəqiq nə qədər azərbaycanlının olduğunu söyləmək mümkün deyil. Trend
xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun
rəhbəri Hikmət Cavadov Bakıda jurnalistlərə açıqlamasında deyib.
H.Cavadovun sözlərinə görə, Ukraynanın Donetsk və Luqansk
vilayətlərində gedən hərbi münaqişə öz təsirini həm azərbaycanlılara,
həm də Ukraynada yaşayan digər insanlara göstərir: “Həmin bölgələrdə
yaşayan azərbaycanlıların çoxu Ukraynanın digər şəhərlərinə köçürlər. Bu
o demək deyil ki, Donetsk və Luqanskdakı azərbaycanlıların hamısı
oradan köçüb. Orada yaşayanlar da var. Mütəmadi olaraq onlarla əlaqə
saxlayırıq. Onların orada normal yaşayışını təmin etmək üçün əlimizdən
gələni edirik”.
Diaspor rəhbəri qeyd edib ki, Azərbaycan diasporu Ukraynada sayına
görə ruslardan sonra təşkilatlanan ikinci ən böyük diaspordur. Ukraynada
Azərbaycan dövlətinin və hölumətinin apardığı siyasətlə paralel olaraq
diaspor təşkilatları tərəfindən də fəaliyyətlər davam edir. Bu
təşkilatların inkişafı son dövrlər həyata keçirilən layihələrdə özünü
göstərir: “Ukraynada yeni hökumət fəaliyyət göstərir. Ukrayna
parlamentində sıx əlaqədə olduğumuz deputatlar var. Biz o deputatlarla
bərabər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, o
cümlədən azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması
ilə bağlı məsələlərin Ukrayna parlamentində qaldırılması üzərində
çalışırıq. Bundan əlavə, bununla bağlı beynəlxalq təşkilatlara da
Azərbaycan diaspor təşkilatlarının adından təklif və etiraz
məktublarımızı göndəririk”.
H.Cavadov əlavə edib ki, bu günlərdə bütün dünyada olduğu kimi,
Ukraynada da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=14951

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930