Məhkumun ölümünə görə cinayət işi başlanmayıb
Müstəntiq Elşad Babayevin ailəsini zərərçəkən kimi tanımadığını
açıqladı; “Siyasi Məhbuslarsız Azərbaycan” ictimai alyansı məhkumun
öldürülməsini pisləyən bəyanat verdi
öldürlməsi ilə bağlı cinayət işi başlamayıblar. Bizi zərərçəkən kimi də
tanımaq istəmirlər” – bu sözləri “Yeni Müsavat”a 14 saylı cəzaçəkmə
müəssisəsində dünyasını dəyişmiş məhkum Elşad Babayevin bacısı Simuzər
Babayeva deyib. O bildirib ki, Qaradağ Rayon Prokurorluğunun müstəntiqi
Eyyub Bəşirovdan cinayət işinin başlanmamasının səbəbini xəbər alıb:
“Müstəntiq dedi ki, ekspertizanın rəyi yoxdur. Buna görə də cinayət işi
başlamayıb. O, hazırda ölüm faktına görə araşdırma apardığını dedi”.
Məhbuslarsız Azərbaycan” ictimai alyansı məhkum E.Babayevin cəzaçəkmə
müəssisəsində dünyasını dəyişməsi və siyasi məhbuslar məsələsini
müzakirə edib. Müzakirələrin nəticəsi olaraq bəyanat qəbul olunub. Bu
haqda “Yeni Müsavat”a alyansın rəhbəri Oqtay Gülalıyev məlumat verib:
“Məhkum Elşad Babayevin döyülərək, işgəncə verilərək öldürülməsi
Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, ölkə qanunlarına
saymazyana münasibətin təzahürüdür. Alyans olaraq hüquq mühafizə
orqanlarından bu olayın təcili şəkildə araşdırlmasın tələb edirik. Elşad
Babayevə tətbiq olunan zor, işgəncə insanlığa, qanunlara sığmayan
addımdır. Bu olaydan 1 həftədən artıq ötməsinə baxmayaraq heç bir şəxsin
istintaqa cəlb edilməməsinə, ictimaiyyətə rəsmi məlumat verilməməsinə
etirazımızı bildiririk, tələb edirik ki, məhkumlara qarşı hər hansı bir
insan ləyaqətini alçaldan, işgəncələrlə müşayət olunan addımlara son
qoyulsun. Elşad Babayevi döyən, ona işgəncə verən şəxslər təcili şəkildə
istintaqa cəlb edilməlidirlər. Elşad Babayev dövlətin cəzaçəkmə
müəssisəsində döyülərək öldürülüb və buna müvafiq, ən sərt şəkildə
qiymət verilməlidir”.
addımları “müqaviməti əlləri qandallanaraq sıfıra endirilmiş məhkuma
qarşı vandalizm aktı” kimi qiymətləndirib: “Azərbaycan ictimiyyəti bu
məsələni diqqətlə izləyir. Baş Prokurorluq, Penitensiar Xidmət
ictimaiyyətə obyektiv məlumat verməlidir. Təəssüf ki, məmurlarımız öz
məsuliyyətlərini dərk etmir və ya şüurlu şəkildə, hansısa maraqlardan
çıxış edərək ictimaiyyətə açıqlama verməkdən yayınırlar. Alyans hesab
edir ki, həbs yerlərində baş verən işgəncə, korrupsiya, rüşvət halları
yüksək səviyyədə himayə olunur. Məhz buna görə bu cür hadisələr
gizlədilir, təhrif olunur. Lakin Elşad Babayevin döyülərək
öldürülməsini ört-basdır edə bilməyəcəklər. Bu olaya ictimai maraq
getdikcə çoxalır. Müvafiq olaraq ictimai qınaq da artır”.
bildirdi ki, bəyanatda məhkuma qarşı baş vermiş cinayət hadisəsinə görə
Penitensiar Xidmətin rəhbərliyinin məsuliyyət daşıdığı xüsusi olaraq
vurğulanıb: “Sivil demokratik ölkədə belə bir olay baş versəydi,
Penitensiar Xidmətin rəhbərliyi istefa verərdi. Bu adamlar nəinki istefa
verməli, məsuliyyətə cəlb edilməlidirlər. Burada söhbət insan
taleyindən gedir. Bu gün Azərbyacan həbsxanalarında 30 min insan
saxlanılır. Bu hadisə bu gün həbsdə olan və ya hər hansı bir səbəbdən
həbsə düşəcək hər kəsin başına gələ bilər. Hətta Elşad Babayevə qarşı
cinayətdə iştirak edənlər, bu cinayəti ört-basdır etməyə çalışanlar da
istisna deyil”.
qurumlarının açıqlama verməyə növbəyə dayandığı bir halda, məhkumun
öldürülməsi ilə bağlı susqunluq nümayiş etdirmələrini ən azından
anlaşılmaz olduğunu vurğuladı.
Short URL: http://www.cumhuriyyet.net/?p=14952