Baş nazir üçün “Koroğlu”nu oğurladılar, ara qarışdı
Davudoğlunun seçki mahnısı oğurluq çıxdı. Ana müxalifət partiyası olan
CHP buna görə AKP-ni məhkəməyə verir.
saytı xəbər verir ki, Davudoğlunun seçki kampaniyası çərçivəsində
hazırlanan “Giziroğlu Mustafa bəy” mahnısına əsasən bəstələnən və “Ayna”
qrupunun ifasında səsləndirilən mahnı CHP-nin etirazı ilə qarşılanıb.
mahnının mirasçıları ilə bir il əvvəl razılaşdıqlarını və mahnıdan
istifadə hüququnun onların əlində olduqlarını bildiriblər.
araya-ərsəyə gətirən Murad Çobanoğlunun nəvəsi Tolqa Çobanoğlu da
qalmaqalla bağlı açıqlama verib. T.Çobanoğlu bildirib ki, mahnıdan
istifadə etmək hüququ CHP-yə verilib. AKP-nin atdığı bu addım isə
qanunsuzluqdur.
edib: “Əsərin sözləri Koroğluya aiddir. Bu əsəri ulu babam Aşıq
Gülüstan Çoban da səsləndirirdi. Ancaq o, marş kimi oxunmuşdu”.
əsərin yaranma tarixçəsini də danışıb: “Bir gün Koroğlu və Giziroğlu
Mustafa bəy dava edirlər. Koroğlu davada məğlub olur. Amma Giziroğlu onu
öldürmür, bağışlayır. Koroğlu məğlub olsa da Giziroğlunun mərdliyini
dilə gətirir, onu tərifləyir. Giziroğlu da Koroğluya deyir ki, namərd
dostum olunca sənin kimi mərd düşmənim olsun… Belə mərdlik duyğuları
ilə yazılmış əsərin bu cür istifadə edilməsi doğru deyil”.
baş katibi Gürsel Tekin AKP-ni məhkəmyə verəcəklərini bildirib: “AKP
bizim mahnını oğurladı. Olsun, biz “Giziroğlu”nun başqa versiyasını
hazırlayacağıq. “Çal baba, çal”, “Ye baba, ye” versiyaları hazırlanacaq.
Bunu ifa etmək üçün razılıq əldə etdiyimiz müğənni də var. Bu mövzuda
artıq nəsə danışmaq istəmirəm. İşimizi məhkəmədə həll edəcəyik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14953