Rusiyada 9 azərbaycanlıya üst-üstə 100 ilə yaxın iş verildi

30.12.2014 - 17:53

Novosibirskdə 9 Azərbaycan vətəndaşından ibarət cinayətkar qrup üzvlərinə hökm oxunub.
Virtualaz.org Rusiya mənbələrinə istinadən bildirir ki, qrup insan həyatına sui-qəsd, insan oğurluğu və şantajla məşğul olub.
Müəyyən
olunub ki, 2010-cu ildə 3 azərbaycanlı öz həmvətənlərini toplayaraq
mütəşəkkil cinayətkar qrup yaradıb. Onların qurbanları sahibkarlıq
fəaliyyəti ilə məşğul olan və yaxşı maddi gəlir əldə edən həmvətənləri
olub.
Başqa sözlə, Süleyman Qapçıyev, Mamed
Qapçıyev, Azil Andamov, Azər Əsədov, Sərdar Carçiyev, Misir Rüstəmov,
Ələsgər Əsgərov, Elxan Xobolov və Emil Əhmədov 2010-cu ilin mayından
2011-ci ilin oktyabrına qədər öz həmvətənlərindən pul tələb edib,
sahibkarları girov götürüblər.
Məhkəmə qrupun
üzvlərini 2 nəfərin oğurlanmasında, 5 şantajda, 5 nəfərin həyatına
sui-qəsddə, insanların sağlamlığına ağır ziyan vurmaqda, eləcə də silah
və sursatın qanunsuz saxlanma və daşınmasında ittiham edib. 
Banda
üzvlərinə törətdikləri əməllərin ağırlığından və sayından asılı olaraq
15 ildən 7 ilə qədər ciddi rejimli islah koloniyasında cəza müəyyən
edilib. 
Bundan başqa, onların hər birinə böyük
məbləğdə cərimə tətbiq olunub, cərimənin ümumi məbləği 4 750 000
rubldan ibarətdir (63 min 175 manat).

Short URL: http://www.cumhuriyyet.net/?p=14954

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728