Prezident Dubaya getdi, ölkədə çevriliş cəhdi oldu

30.12.2014 - 18:02

Qambiyanın paytaxtı Banjul şəhərində dövlət çevrilişi cəhdinin qarşısı alınıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Frans Press” agentliyinə hərbi və diplomatik qaynaqlardan məlumat daxil olub.
Xəbərdə
bildirilir ki, silahlı şəxslər dekabrın 30-na keçən gecə Bakı vaxtı ilə
səhər saat 07:00-da prezident sarayına hücum ediblər. Onların bir qismi
prezident qvardiyasının döyüşçüləri olub.
Hücum edənlərlə sarayın mühafizəçiləri arasında atışma olub və çevrilişə cəhd edənlər geri oturdulub.
“Onlar dövlət çevrilişi etmək istəyirdilər” – deyə Qambiya silahlı qüvvələrinin nümayəndəsi bildirib.
Prezident
sarayına hücum zamanı dövlət çevrilişi Yaya Cammeh xaricdə olub. Yerli
məmurların bildirdiyinə görə, o, Dubaya şəxsi səfərə gedib. Xarici
diplomatlar isə Cammehin Fransada olduğunu bildirir.
Yaya Cammeh özü 1994-cü ildə çevriliş yolu ilə hakimiyyətə gəlib, 1996-cı ildə özünü prezident seçdirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=14957

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728