Əfv olunan kimi uşaq evinə qaçan ana

30.12.2014 - 18:08

Bu gün əfv olunaraq azadlığa çıxan Günel Həsənovanın sosial
şəbəkələrdə yayımlanan fotosu hamının marağına səbəb olub. Belə ki,
Günel Həsənova həbsdən çıxan kimi körpəsini görmək üçün uşaq evinə
qaçması ilə yadda qalıb. 

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, Həsənova
Günel Ceyhun qızı taksi sürücüsünə şər atdığına görə həbs olunmuşdu.
2013-cü il oktyabrın 2-də Nizami rayon 23-cü polis şöbəsinə taksi
sürücüsünün sərnişininə hücumu barədə ərizə daxil olub.

Məlumata
görə, 1989-cu il təvəllüdlü Yasamal rayon sakini Həsənova Günel Ceyhun
qızı ərizə ilə müraciət edərək göstərib ki, oktyabrın 1-dən 2-nə keçən
gecə təxminən saat 01:00 radələrində, Heydər Əliyev prospektində,
“Koroğlu” metro stansiyasının qarşısında 10 LO 640 dövlət nömrə nişanlı
taksiyə əyləşib.

Həsənova qeyd edib ki, şəhərin mərkəzinə
gedirmiş. Stansiyadan bir qədər aralandıqdan sonra taksi sürücüsü ona
sekslə məşğul olmağı təklif edib. Bundan özünü təhqir olunmuş hesab edən
Həsənova etiraz edib və sürücüdən maşını dayandırmasını istəyib. Lakin
kişi bıçaq çıxarıb və onu hədələyərək, 30 manat pul, həmçinin mobil
telefonunu alıb.

Polis İdarəsindən etiraf edirlər ki, bütün gecəni
yatmayaraq faktı araşdırıb və taksi sürücüsünü axtarıblar. Onu tapıb
sahəyə gətirəndə isə, Həsənovanın sürücüyə böhtan atması, onun barəsində
polislərə yalan məlumat verməsi aydın olub.

“Əvvəla, Həsənovanın
telefonu elə özündə olub. İkincisi, saxlanılan şəxslə üzləşdirmədən
sonra o, yalan danışdığını etiraf edib. Məlum olub ki, taksi sürücüsü
qızı istədiyi ünvana çatdırmaqdan imtina edib və bu zəmində onların
arasında münaqişə yaranıb.

O zaman qız sürücünü hədələyib ki, polislərə şikayət edəcək, onun üçün çoxlu problemlər yaradacaq”.

Bu
gün 4 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılan Günel
jurnalistlərə açıqlamasında əməlindən çox peşman olduğunu söylədi.

“Həbsdə
olduğum 1 il mənim üçün çox çətin oldu. Bizə burda hər şey verilirdi,
bircə azadlıqdan başqa. Burdan çıxandan sonra ilk növbədə qızımı
görəcəyəm, 1 saylı uşaq evində saxlanılır. Ondan sonra ikinci qızımı
görəcəm, sonra balalarımı başıma yığıb evimi, işimi quracağam. Böyük
qızım anamla qalır. Böyük qızımın 2 yaş 9 ay, balacanın isə 3 ay 18
günlükdür. Sevincimi izah edə bilmirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14958

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728