2015-ci ildə bürclər nə vəd edir?

30.12.2014 - 18:15

2015-ci ildə – Keçi ilində bizi nə gözləyir? ANS PRESS ilin astroloji proqnozunu təqdim edir:
Qoç 
İlin
ən şanslı bürclərindəndir. Əgər qoç evli deyilsə bu il ailədə nişan,
toy kimi xoş hadisələr yaşana bilər. Əsas bu namizədlər arasında özünüzə
uyğun olanı tapmaqdır. Qərar verəndə tələsməyin. Bu sadəcə eşq həyatına
aid deyil. 
Gündəlik həyatınızda da düşünülməmiş qərar verməməyə çalışın. Etibar etdiyiniz şəxslərdən kömək istəyin.
Fevral-may
aylarında maddi vəziyyətinizdə problemlər ola bilər. Yeni ildə
belinizdə ağrılar sizi narahat edə bilər. Yazda xəstələnməmək üçün qışda
çox stres keçirməməyə çalışın.
Buğa 
Buğaların
2015-ci ildə pul sarıdan bəxti gətirəcək. Gələn il həyatınızda böyük
önəmi olacaq insanlarla tanış ola bilərsiniz. Düşünülərək qəbul edilən
düzgün qərarlar həm özünüz, həm də ərtafındakılarınıza fayda gətirə
bilər. Maddi vəziyyətinizlə bağlı təklifləri mütləq dəyərləndirin.
Əkizlər 
Bu
bürcdə doğulanlar üçün bir az sıxıntı ola bilər. Lakin təşvişə
düşməyin. İlin ilk aylarında bəzi çətinlikləriniz ola bilər. Əgər bu
çətinliklərin öhdəsindən gəlsəniz, sonrakı illər daha asan keçəcək.
Əkizlər
2015-ci ildə sağlam təməli olan dostluqlar qura bilərlər. Bundan başqa
əkizləri fərqli yeniliklər, dəyişikliklər demək olar ki, gözlənilmir. 
Ciyərlərnizi qoruyun. Pəhriz haqqında da düşünsəniz pis olmaz.
Xərçəng 
İlin
şanslı bürclərindən biridir. Xərçənglər qərarları adətən duyğularına
əsaslanaraq verirlər. Məntiqsiz qərarlar verməməyə çalışın. əgər bu günə
qədər eviniz olmayıbsa 2015-ci ildə rzularınızdakı evə qovuşa
bilərsiniz. Amma həyatda bir şeyə sahib olmaq üçün vaxtında və
düşünülmüş qərar verməlisiniz. 
İlin birinci yarısında maddi problemləriniz ola bilər. Amma bu elədə böyük olmayacaq və öhdəsindən tez gələ biləcəksiniz. 
Qidalanmanıza diqqət edin. Hər nə oldu yemək allergiya kimi fəsadlara yol aça bilər.
Şir 
Bu
il çətin günləriniz kifayət qədər olacaq. Onları ən çox dostlarının
onların əvəzinə verdiyi qərarlar üzəcək. Bəzi çətinliklərin gözəl
sürprizlərə səbəb ola biləcəyini də unutmayın. Bəzən şox danışmaq sizin
üçün problem yarada bilər. Şir bürcündən olanlar xoşbəxtliyi gec tapsa
da, onların gözlədiyinə dəyəcək. 
Maliyyə
həssaslığınız pulla bağlı problemdən yayınmağa kömək edəcək. Qızlar nə
qədər maraqlı həyat tərzi keçirsələr, bir o qədər sağlamlıqla bağlı
problemlərlə az üzləşirlər. Vaxtlı vaxtında istirahət etməyi və yatmağı
unutmayın.
Qız bürcü 
Qızlar üçün bu
il əvəllkilərdən çox da fərqli olmayacaq. Kiçik problemləriniz ola
bilər. Müdriklik sayəsində problemlərdən asan çıxış yolunu tapmaq
mümkündür. Kiçik problemlər həm iş, həm də eşq həyatında mümkündür. Amma
bunlar asanlıqla həll ediləcək. 
Siz çox zaman pisi yaxşıdan seçə bilirsiniz. Gəlirlərinizi artırmaq şansınız var. Yeni vəzifəyə keçə bilərsiniz. 
Gələn
il çalışın öz sağlamlığınızın qeydinnə qalmağa başlayın. Siqareti atın,
pəhrizə başlayın. İdmanı həyatınızın ayrılmaz hissəsinə çevirin.
Tərəzi 
Tərəzilər
2015-ci ildə eşq, sevgi barəsində çox şanslıdırlar. Tərəzilər
qarşılarına çıxacaq çox sayda insan arasında doğru seçim etsələr
həyatlarının dönüm nöqtəsini yaşaya bilərlər. Ciddi qərar vermək və
dostların dəstəyindən uzaqlaşmamaq gərəkdir. 
Bu il çox işləməli olacaqsınız. Sağlamlıqla bağlı ən böyük probleminiz əsəb sistemi ilə bağlı ola bilər.
Əqrəb
Durğun
sevgi həyatınız olacaq. Ailələr arasında kiçik problemlər meydana gələ
bilər. Bundan başqa demək olar ki, problemləriniz olmayacaq. 
Unutmayın
ki, uğurlarınız artdıqca düşmənləriniz də çoxalır. Bəzən hər şeydən
şübhələnən və təzyiqlərinizlə gərəksiz mübahisələr yola aça bilərsiniz. 
Əgər
maddi problemlər yarananda təşvişə düşməsəniz, onların öhdəsindən tez
gələ biləcəksiniz. Yaz aylarında əmlak alış-verişi uğurlu ola bilər.
Qışın əvvəllərində soyuqdəymə probleminiz ola bilər.
Oxatan 
Bu
bürc üçün olduqca dəyişik və hərəkətli il olacaq. Xüsusilə eşq
həyatında. Oxatan bürcü altında doğulanlar bəzən yersiz tənqidlərlə
üzləşə bilərlər. 
Amma bütün bunlar dəyişikliyə səbəb olmamalıdır. Əgər bunu bacarsanız insanların sizə güvəni daha da artacaq.
Oğlaq
2015-ci
ilə şanssız girəcək bürclərdəndir. Ailə həyatında, maddi vəziyyətlə
bağlı olaraq problemlərlə qarşılaşa bilərsiniz. Əgər problemləri uğurla
həll etmək istəyirsinizsə hadisələrə cəld reaksiya verməyin. Oğlaqlar bu
il həyatlarında bir çox yeniliklər etməli olacaqlar. 
Tənbəl
olmayın, yeni biliklər, vərdişlər qazanmağa çalışın. Boş-boş şeylərə
görə az əsəbləşin. Özünü təlimlə məşğul olmağa daha çox vaxt ayırın. 
Stresli vəziyyətlərdən mümkün qədər az ziyanla çıxmağa çalışın. Miqren və mövsümü soyuqlamalardan özünüzü qoruyun.
Dolça 
Sevgi
sarıdan bəxtiniz bir o qədər də gətirməyəcək. Lakin uğurlu gələcəyin
təməlini gələn il ata bilərsiniz. İşlə bağlı çox sayda təklif ala
bilərsiniz. Doğru qərar vermək üçün yüz ölçüb, bir biçmək lazımdır. 
Maliyyə
ilə bağlı məsələlərdə daha cəsarətli olun. Bu il qazanc üçün çox
sərfəli il olacaq. Sizin başqalarının görmədiyi məqamları sezmək
bacarığınız var. 
Ürək, mədə və əsəbləri qoruyun.
Balıqlar
Balıqlar
üçün gələn il bir o qədərdə fərqli olmayacaq. İş həyatında ciddi
dəyişiklik olmasa da, maddi baxımdan gəlirləri artacaq. Eşq həyatınız bu
il rənglənə bilər. Diqqət etməli məqam isə danışanda, qərar verəndə
soyuqqanlı olmaqdır. 
May ayına kimi
karyeranızda və biznes sahəsində ciddi hərəkətlər etməyə çalışmayın.
Əgər qaydalara uyğun oynasanız qazancınız bol ola bilər. 
Susmayın, emosiyalarınızı yaxınlarınızla bölün. Bu sizi stresdən uzaq tutacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=14959

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930