SUMQAYIT VƏ GƏNCƏYƏ YENİ PROKURORLAR TƏYİN EDİLDİ
Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.APA-nın
məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bakı
şəhər prokurorunun müavini Fazil Həsənəliyev tutduğu vəzifədən azad
edilərək Gəncə şəhər, Suraxanı rayon prokuroru Sərdar İmanov isə tutduğu
vəzifədən azad edilərək Sumqayıt şəhər prokuroru vəzifələrinə təyin
ediliblər.
Qeyd edək ki, bir müddət əvvəl Gəncə şəhər prokuroru Adil Vəliyev və
Sumqayıt şəhər prokuroru Dağlar Zeynalov tutduqları vəzifədən azad
olunublar.
Short URL: http://www.cumhuriyyet.net/?p=14960