Maşınlar nə qədər bahalaşacaq
Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində,
Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisi
nəzərə çarpacaq dərəcədə artacaq, bu isə avtomobillərin son qiymətində
özünü göstərəcək. Fins.az-ın hesablamalarına görə, mühərrikin həcmindən
asılı olaraq xaricdən gətirilən avtomobillər 100-manatdan tutmuş 13 300
manata qədər bahalaşacaq.
Aksizlər nə qədər artacaq?
Xəbər verildiyi kimi Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən
2015-ci ildən etibarən xaricdən ölkəmizə gətirilən avtomobillərə görə
tutulan aksiz dərəcələri artırılıb. Belə ki, mühərrikinini həcmi 2 min
kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz
vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-300
kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000
kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000
kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5
000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 10 manata qaldırılıb.
Avtomobillər nə qədər bahalaşacaq?
Beləliklə, yuxarıda göstərilən dəyişikliklərə uyğun olaraq ölkəyə
gətirilən avtomobillər arasında mühərrikinin həcmi 2000 kubsantimetrə
qədər olanlar maksimum 100 manata bahalaşacaq. Mühərrikinin həcmi
2000-3000 kubsantimetr olan avtomobillərin qiyməti minimum 100 manat,
maksimum 600 manat artacaq. Mühərriki 3000-4000 kubsantimetr olan
avtomobillər isə minimum 600 manat, maksimum 2600 manat bahalaşacaq.
Mühərrikinin həcmi 4000-5000 kubsantimetr olan avtomobillərin qiyməti
minimum 2 600 manat, maksimum 6 600 manat artacaq. Mühərriki 5000
kubsantimetrdən artıq olan avtomobillər isə minimum 7300 manat
bahalaşacaq.
Sonuncu gün açıqlanan dəyişiklik
Şübhə yoxdur ki, bu qərardan sonra nəinki xaricdən gətirilən
avtomobillər, hətta hazırda ölkənin avtomobil bazarındakı maınlar da
bahalaşacaq. Eləcə də bu məlumatın əvvəlcədən yayılması xaricdən kütləvi
şəkildə avtomobil gətirilməsi isə səbəb ola bilərdi. Görünür elə buna
görə, hökumət aksiz dərəcələri ilə bağlı dəyişiklikləri yalnız ilin
sonuna iki gün qalmış açıqladı.
Short URL: http://www.cumhuriyyet.net/?p=14961