“Bank of Baku”-nun kredit maxinasiyaları və sələmçiliyi
Adı qalmaqallarda hallanan bankın
vətəndaşlardan oğurladığı pullar haqda şok faktlar
Rəsmi
rəqmələrə görə, ölkədə fəaliyyət göstərən banklar tərəfindən 15 milyard
manatdan çox kreditləşmə həyata keçirilib.Bu isə banka borcu olmayan vətəndaş
qalmayıb, deməkdir. Əhalinin borclanma faizinin artdığı bir zamanda bankların
şərtlərini yüngülləşdirilməsi deyil, əksi müşahidə olunur. Xüsusilə,sektorda inhisarçı funksiyasını yerinə yetirən bəzi bankların faizləri
nə Mərkəzi Bankın uçot stavkasına, nə də əmanətlər üzə sığorta
faizlərinə uyğun gəlir.Həmin banklardan olan “Bank of
Baku”nun vətəndaşların cibinə necə girməsi ilə bağlı cumhuriyyet.az-ən apardığı araşdırmanı diqqətinizə çatdırırıq.
Bahalı kredit siyasəti
İstehlak
kreditləri sahəsində ölkənin fəal banklardan olan “Bank of Baku” hazırda
ən yüksək faiz siyasəti yeridən banklardan biridir. Maraqlısı isə odur ki,
borcalanlar bankın internet ünvanında bir faizlə, qapısında başqa faizlə qarşılaşırlar. Qısası, faizlərdə endirim reklamları sadəcə
müştəri ovuna hesablanıb. Reallıqda hər hansı faiz endirimindən deyil,
artımından söhbət gedə bilər. Başlayaq nağd pul kreditlərindən. Hazırda banktəkrar müştərilər üçün 7000 azn,
müddəti 3 aydan 36 aya qədər kredit təklif edir.
Kreditin illik faiz dərəcəsi 28-30 faiz,
faktiki illik faiz dərəcəsi minimum 22,80, maksimum 36,19 faizdir. Yeni
müştərilər üçün nəzərdə tutulan nağd
kredit xəttinin minimum məbləği 250
manat, maksimum məbləği 1000 manatdır.
Bu kreditin müddəti də 6 -12 ay, faiz dərəcəsi illik 28-32 faiz, faktiki illik
faiz dərəcəsi 36,19 , maksimum 39,27 faizdir. Göründüyü kimi, faizlər 28
faizdən başlayır. Hələ bura müştərinin bankın onlayn səhfəsində rast gəlmədiyi,
bankda tanış olduğu komissiya haqqını da əlavə etsən minimum faizlər 32 faizdən
başlayır.
Bankınmüştərilərə təqdim etdiyi daha bir kredit təklifi sonuncu ayın anutet ödənişinin həddiyəsi ilə
bağlıdır. Şərtlərə nəzər yetirəndə görürük ki, bank elə 6 ayda öz pulunu geri qaytarır. Belə ki, bu kredit xəttinin
minimum məbləği 390 manat, maksimum məbləği 1300 manat, müddəti 13 aydır. Bankın şərtində bildirlir
ki, 1000 manat kredit götürdükdə 13 ay ərzində100 manat ödəniş aparılır. Təkcə bir kredit xəttində bank 300 manat
qazanmış olur.
Təhsil işçiləri üçün nəzərdə tutduğu
kreditin məbləği də aşağı deyil. Məbləği
5000 manat olan kreditin müddəti 6-36 ay arası təşkil edir. Orta aylıq
əməkhaqqı 280 manat olan təhsil işçisinə açılan kredit xəttinin faizi 32 -dir.
Faktiki illik faiz dərəcəsi minimum 32,65 faiz, maksimum 39,27 faizdir.
Bankın istehlak kreditlərinin məbləği də aşağı
deyil. Götürək, komputer kreditlərini. “Bank of Baku”nun xətti ilə verilən
komputer kreditinin maksimum məbləği 1500 azn təşkil edir. Faizlər 28-30 faiz
arasında dəyişir. Bu hamısı deyil. İlkin ödəniş də var. 20 faizdən başlayaraq.
Mebel kreditində də vəziyyət eynidir. Maksimum
məbləği 3000 manat, müddəti 3-24 ay, illik 28-30 faiz, ilkin ödəniş 20 faizdən
başlayaraq avtomobil kreditlərinə
gəlincə, “Audi” markalı avtomobil üçün bank 60 min dollar krerdit ayırır.
Müddət 12, 18,24,36,48, 60 aydır. İllik faiz
17 -18 faizdən,ilkin ödəniş 40 faizdən başlayaraq kreditləşmə həyata keçirilir.
“Bolkart “la al, bala – bala dərdə
düş
Kartlara
gəlincə, başlayaq el arasında məşhur olan “Bolkart” taksit kartından.
“Bolkart”la al bala-bala ödə deyib “Bank of Baku” 200 min nəfər istifadəçiyə heç də aşağı olmayan faizlər, şərtlər irəli sürür.
Əvvəla bildirək ki, balansında minimum 300 maksimum 5000 manat olan kartı pulsuzəldə etmək mümkündür. 36 ay müddətində kartla alış –veriş edib 1,3,6,12
aya qədər ödəniş aparılır.
Bankındigər taksit kartı “Bolkart
Nar”a gəlincə, orada da şərtlər eynilədir. Sadəcə fərq “Bolkart Nar” da
MasterCard loqosunun olmasıdır. Hansı ki bununla istifadəçi dünyanın
istənilən məkanında alış-veriş imkanı
qazanır.
Eyni
zamanda kartın balansındakı limiti nağdılaşdıra bilir. Bəzi “Nar”
istifadəçilərinə hətta daimi nağdlaşma imkanı yaradılır. Qeyd etdiyimiz bütün bunlar kartların görünən “üzləridir”. Hər bir
şirin yalanın arxasında acı həqiqət dayandığı kimi “Bank of Baku” nun da taksit kartlarının
acısı böyükdür.
Necə? Uzağa getməyək, başlayaq, Novruz Bayramı ərəfəsində “Bolkart”
sahiblərinin nağd pula olan ehtiyaclarını ödəmək məqsədilə “Bank of Baku”
ASC-nın reallaşdırdığı nağdlaşdırma kampaniyasından. Şərtlərə əsasən martın
15-19-da kartdan pul çıxaran “Bolkart” sahibləri mayın 10-dək faizsiz
ödəniş imkanı qazanırlar. Nağdlaşdırmaya görə komissiya haqqı isə 3 fazdir.
Yəni
ötən ilin analoji dövründə”Bolkart” dakı məbləğin nağdlaşdırılması üzrə komissiya haqqından
yüksək. 2013-cü ildə bu rəqəm 2,5 faiz
idi. Görünür istifadəçilərin sayının çoxluğu bankın komissiya haqqını qaldırmaqla bağı həvəsə gətirib. Lakin bu
məsələnin asan tərəfidir. “Bolkart”da vəsait nağdlaşdırılan zamanı
borcun anuitet ödənməsi imkanı
yaradılmır.Belə ki, bank əvvəldən 3 faiz komissiya haqqı tutmaqla
bərabər, limit müddətində borcu ödəmədikdə əlavə aylıq 3 faiz alır. Məsələn,
siz 250 manat nağdlaşdırmısınızsa pul tam şəkildə qaytarılana qədər aylar üzrə
hər 100 manata 3 faiz – 7.5 manat ödəniş
edəcəksiniz. Bu vəsait əsas borcdan silinməyəcək. “Bank of Baku” konkret klassik sələmçi funksiyasını yerinə
yetirir.
Partnyor mağazaların faizləri digər taksit
kartlardan yüksəkdir
Taksitlə
alış-verişin şərtlərinə nəzər yetirək. “Albalı” kartdan fərqli olaraq “Bolkart”da partnyor mağazaların faizləri
aşağı deyil. Düzdür, reklam çarxlarında, elanlarında kartın əsas üstünlüyü kimi
faizsiz olması önə sürülür. Əslində doğurdan dabank birbaşa heç bir faiz tətbiq etmir.
İstifadəçilər faizlərlə partnyor
mağazalarda tanış olurlar. Xüsusilə,
bahalı dükanların faizləri bəzən həttaadi ipoteka kreditlərinin faizlərini belə geridə qoyur.
Məsələn, 1st COMP Electroniks 6 aylıqda əlavə 9 faiz, 12 aylıqda 17 faiz,
“Billur Electrik” 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 13 faiz, 12
aylıqda əlavə 21 faiz, “Baku Electronics” 6 aylıqda öz qiymətinə, amma 6
faiz komissionla, “Integral Plus” 6 aylıqda əlavə 10 faiz, 12 aylıqda 15
faiz, “Beko”3 aylıqda 6 faiz, 6 aylıqda 10 faiz, 12 aylıqda əlavə 16 faiz,
“Bermud City” 3 aylıqda 6 faiz,
6 aylıqda 10 faiz, 12 aylıqda əlavə 16 faiz,
“Comp-City” 3 aylıqda əlavə faiz, 6 aylıqda əlavə 14 faiz, 12 aylıqda əlavə
20 faiz, “Cred Ex” 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 14 faiz, 12
aylıqda 21 faiz, “EV Electronics” 3 aylıqda əlavə faiz 8 faiz, 6 aylıqda
əlavə 14 faiz, 12 aylıqda əlavə 20 faiz, “LG” Eloktrincs 3 aylıqda əlavə 8
faiz, 6 aylıqda əlavə 14 faiz, 12 aylıqda əlavə 21 faizlə alış-veriş imkanı
verir. Geyim dükanlarında da vəziyyət
eynidir.
“Batik” də “Bolkart” la alış-veriş edəkən
müştərinin hesabından 3 və 6 ayda 10 faiz, “Barutti” də 3 aylıqda əlavə 6
faiz, 6 aylıqda əlavə 12 faiz, “Cacharel”də 3, 6 aylıqda 14 faiz, “GUESS kids” də əlavə komissiya ilə 3
aylıqda əlavə 5 faiz, 6 aylıqda əlavə 7 faiz, “MANGO”da 3 aylıqda 5 faiz, 6 aylıqda 7 faiz, “Next”də 3 ay üçün 5 faiz, 6 ay 7 faiz, “Daniels” də 6 aylıqda 10 faiz, 12 aylıqda 15 faiz
tutulur.
Beləliklə, taksit kartı adı altında az qala
istehlak keditlərinin faizlərinə bərabər faizlər tətbiq olunur. Mobil telefon
dükanlarının faizlərindən danışmağa belə dəyməz.
“Əlincə Line”də 3 aylıqda əlavə 8 faiz, “Mobiltel”də 3
aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 13
faiz, 12 aylıqda əlavə 21 faiz,
“Nur Mobile”də 3 aylıqda əlavə 8 faiz,6 aylıqda əlavə 16 faiz, 12
aylıqda əlavə 24 faiz, “Azercell Nurlan Telekom” da hətta 12 aylıqda
faizlər 25 faizlə satış həyata keçirilir.
Məsələnin ciddi tərəfi faizlərdən banka da pay düşməsidir.
Bank mağazalarla anlaşma nəticəsində faiz alır. Sadə dillə desək alış-veriş zamanı alınan hər bir paltara, əşyaya görə həm partnyor,
həm də bank gizli gəlir götürür.
Partnyor mağazalar bankın səhmdarlarına
aiddir
“Bolkart”
da partnyor olan mağazaların əksəriyyəti”Bank of Baku”nun ən böyük
səhmdarına “Nab Holding”ə (40%) məxsusdur. Əsas ofisi İstanbulda yerləşən holdinq Azərbaycan, Türkiyə və
Tacikistanda bir sıra sektorlarda fəaliyyət göstərir.Hansı ki, bura avtomobil, maliyyə, xidmət sektorları
daxildir. Azərbaycanda pərakəndə satış sektorunda şirkət “Baku Electronics”lə təmsil
olunur. “Samsung”, “Siemens”,
“Bosch”, “Tefal”, “Nintendo”, “Moulinex” və “Canon”
kimi tanınmış markalarla yanaşı, ümumilikdə 80-a yaxın markanın
distributorluğunu həyata keçirir.
Bundan əlavə,”Baku Service Company”, “Auto Azerbaijan”,
“Qafqaz Lizinq”, “Buta Sığorta” da şirkətə məxsusdur.
Düzdür, “Bolkart” da “Buta Sığorta” nın xidməti 6 aylıqda öz
qiymətinədir. Bununla belə, “Buta Sığorta”nı partnyorlar sırasına daxil
etməklə “Bank of Baku” iki tərəfli qabağa düşüb. “Bolkart”da restoran xidmətinə daxil
olan partnoylardan “Sultan’s
Restaurant” ve “Sultan’s Plus” fast-food şəbəkəsi də “Bank of
Baku”nundur. Hərçənd ki, bu
restoranların xidmətindən istifadə 1- ci ayda öz qiymətinədir. Amma sonrakı
aylarda “Bank of Baku”nun hansı faizləri biçəcəyini özündən başqa
kimsə bilmir.
Milyonların müqabilində işçilərlə davrana
bilmir
Audit
hesabatlarına əsasən, 2012-ci ildə bankın faiz gəliri 94,305 min manat, xalis
faiz gəliri 58,098 min manat təşkil edib. 2013-cü il tarixində isə “Bank
of Baku”nun kredit portfeli ötən ilin sonunda 570 milyon 923 min 300 manata
çatıb. Kreditlərin 548 milyon 211 min 400 manatı və ya 96%-i fiziki şəxslərə verilib.
Bank ticarət və xidmət sahəsinə 15 milyon 432
min 300 manat, kənd təsərrüfatına 6 milyon 650 min 600 manat, maliyyə lizinqinə
isə 629 min manat vəsait ayırıb. Kredit portfelində vaxtı keçmiş kreditlərin
(25 milyon 395 min 100 manat) xüsusi çəkisi 4,5% təşkil edib. 2013-cü ilin
sonuna bankın aktivləri 665 milyon 530
min 210 manat, depozit portfeli 392 milyon 830 min 920 manat olub. Konkret “Bank of Baku” 2013-cü ili 38 milyon 259 min manat xalis
mənfəətlə başa vurub. Xalis mənfəət əldə etməkdə rəqiblərini gedirdə qoyub.
Çoxları düşünə bilər bu qədər yüksək maliyyə
göstəriciləri olan bankın xidmət səviyyəsi yüksəkdir, Koorporativ Sosial
Məsuliyyət layihələrində aktiv iştirak edir, işçilərə münasibət əladır. Heç də
yox.
Götürək bankla telefon əlaqəsini. “Bank of Baku” ya müraciət edən
vətəndaş işçi sayının azlığı səbəbindən
dəqiqələrlə növbədə gözləməli olur.
Operator növbədə bəzən 20 nəfərin gözlədiyini deyir. Bu hamısı deyil. 38 milyon
259 min manat xalis mənfəəti olan bankda məvaciblər də aşağıdır. Əmək haqqı
regionlarda 400 manat, mərkəzdə maksimum 700 manat təşkil edir. Məhz bu və
digər səbəbdən də bankın onlarla yüksək
ixtisaslı, sıravi işçisi digər banklara transfer edib. Son 1-2 ildə “Bank
of Baku”nu tərk edərək “AG Bank”,”Kapital Bank”,”VTB” yə üz tutanlar var.
“Bank of Baku””Wikileaks”də
Bankın
adı son zamanlar qalmaqallarda hallanır. Keçmiş iqtisadi inkişaf naziri və
qardaşının bankda paylarının olduğu irəli sürülür. 2010-cu ildə isə
“Wikileaks”də “Bank of Baku”nun iranlı iş adamları tərəfindən idarə
olunduğu və İrandan xarici ölkələrə çirkli pulların çıxarılmasında iştirak
etdiyi yazılmışdı. Lakin sonradan bank bu məlumatı təkzib etmişdi. Bildirdi ki,
əsas səhmdarlardan olan “Nab Dıs Ticaret” Türkiyədə yaşayan iranlı iş
adamları Eromi ailəsinə məxsusdur. Eromi ailəsinin üzvləri həm Azərbaycanda,
həm də ölkədən kənarda tanınmış və nüfuzlu iş adamlarıdırlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=14966