Tanınmış Bloqqer Telman Məmmədli vəhşicəsinə döyülüb
23 mart gecə radələrində gənc bloqqer aktivist siyasi fəal Telman Məmmədli Bakı şəhəri Nərimanov ərazisində dostlarından ayrılıb eve gedərkən “KİA” markalı avtombildən düşən 3 nəfər şəxs tərəfindən vəhşicəsinə döyülmüşdür. Bu barədə hələlik Bloqqer Telman Məmmədlidən səhətinin pis olması ilə əlaqadar müsahibə almaq mümkün olmayıb. Lakin valideynindən aldığımız məlumata əsasən üzündə və bədənində çox saylı xəsarətlər var. Həkimin dediyinə görə kəllə travması aldığı ehtimal olunur. Onuda qeyd edək ki xəstaxanaya yerləşdirildiyində huşunu itirmiş və üzü qanlar içərisində olub.Hadisəyə şahid olan insanların təcili tibbi yardıma zəngi vasitəsi ilə xəstaxanaya yerləşdirilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi nin mətbuat nümayəsindən məlumat almaq istəsək də suallarımıza cavab ala bilməmişik. Nəzərinizə çatdıraq ki Bloqqer Telman Məmmədli 18 fevral 2019 Prezident İlham Əliyevin yoldaşı ve Ölkənin Vitse Prezidenti Mehriban Əliyeva haqqında ətraflı bioqrafiyasını yayımlamış və 26 Mart 2019 tarixinə Prezident adminstrasiyası qarşısında etiraz aksiyasının təşkilatçısıdır. Bloqqer Telman Məmmədlinin dostlarının dediyinə görə bu hücumun səbəbi 26 Mart 2019 il tarixindəki mitinqi təxirə salmaq olub.(factazerbaijan.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=149735