Dünyanın ən qəddar adamı kim olub?
150 min insanın ölümünə bais olan faşist
qəddar insanlardan biri idi. Sadist bir əjdahadan çox, normal, hətta
qorxuducu dərəcədə normal bir insan kimi görünürdü. Qaçıb gizləndiyi
yerdə illər sonra kəşfiyyatçılar tərəfindən yaxalandı. Analitik.az
faşist Almaniyasının ən önəmli adamlarından biri Adolf Eichmannın qısa
həyat hekayəsini təqdim edir.
Avstriyaya yerləşmiş mühafizəkar bir Protestant ailədə dünyaya gəlib.
Eichmann, bütün gəncliyini bu ölkədə keçirib. Daha sonrakı illərdə
Üçüncü Reyxin ən önəmli adlarından biri olan Ernst Kaltenbrunnerin
təklifi üzərində Avstriya Nasist Partiyasına 1932-ci ildə üzv olur.
Korpusunda hərbi təhsil alır. 1934-cü ildə Himmler SD-in (Təhlükəsizlik
Servisi) açılması ilə özünü göstərməyə imkan tapır. 1935-ci ilin
əvvəlində yəhudi problemi ilə yaxından maraqlanır. Avstriyanın Almaniya
ilə birləşməsindən sonra Vyanadan yəhudilərin çıxışına icazə verilir. Və
onları Almaniyadakı düşərgələrə toplayırlar. Bu zaman SD-nin yüksək
pillələrinə qədər yüksələn Eichmann, 18 ay içərisində 150 min avstriyalı
yəhudinin düşərgələrə toplanmasını təmin edir. 1942-ci ildə aparılan
Wannsee Konfransı sonrası Adolf Eichmann “yəhudi mütəxəssisi”, başqa
sözlə, soyqırım mütəxəssisi adını alır.
qurtardıqdan sonra, 1946-cı ildə o, nəzarətdə saxlandığı düşərgədən
Argentinaya qaçır. Adını dəyişdirərək paytaxt Buenos-Ayresin ucqar bir
hissəsində yaşayır. 1960-cı ildə İsrailin Gizli Xidmət Orqanları, Mossad
Kəşfiyyat Xidməti və Laka agentləri onun yerini aşkar edərək yaxalayır.
İki il davam edən istintaqdan sonra 1962-ci ildə Ramleh həbsxanasında
gecə vaxtı edam edilir. Eichmannıın cəlladı Shalom Nagar olur. Onun
ölümündən illər sonra Mossad Kəşfiyyat Xidməti arxivini ilk dəfə açaraq,
dünyanın ən qəddar sadistinin şəxsi əşyalarını nümayiş etdirdi.
Analitik.az həmin əşyaları diqqətinizə çatdırır:
Short URL: http://www.cumhuriyyet.net/?p=14975