Cəlilabadda Mehdi Abbasovun sosial korrupsiyası
Rayon ƏƏSMM-nın müdürü Hafiz Allahyarovla birləşərək camaatı boğaza yığıb
Cəlilabad
rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verən
özbaşnalıqlar səngimək bilmir. Bir qrup rayon sakininin cumhuriyyet.az-a bildirdiyinə görə ki, ” Mehdi Abbasov bu vəzifəyə
təyin olunmamışdan öncə Məşğulluq Mərkəzinin müdürü vəzifəsində
çalışırdı. M. Abbasov ilk öncə bu mərkəzin işçilərini ətrafına
toplamağa başladı və Sosial Müavinatların təyin olunmasına nəzarət edən
komisiya üzvlərini öz adamları ilə əvəzlədi.
Qəribə
olanı odur ki, M.Abbasov bütün işlərini Məşğulluq Mərkəzinin baş
mühasibi ilə görür. Hər iki Mərkəzin bir binada yerləşməsi bunun üçün
gözəl şərait yaradır. M. Abbasovun sayəsində Hafiz Allahyarov, sözün tam
mənsında, В«qaz vurub, qazan(lar) doldurur.
Rayonun
ən böyük kəndlərində sosial təminat alanların sayı 5-6 nəfərdir. Ancaq
Hafiz Allahyarovun В«sayəsindəВ», onun doğma kəndi olan Haramqışlaq
kəndində bu say qat-qat artmışdır.
H.Allahyarov
öz qohumlarını da yaddan çıxartmır. Məsələn, Göytəpə şəhərində yaşayan,
qaynanası Məmmədov Həmayıl, yaxın qohumu olan Zeynalova Zabitənin
aldığı sosial yardımlar onun sayəsində düz-qoş edilib. Baxmayaraq ki,
hər ikisi xeyr- şərə В«MersedesВ» markalı avtomobillərdə gedirlər, Hafiz
Allahyarov, necə deyərlər, onlara benzin pulu ayırır.
Bəli,
rayonun ƏƏSMM-nin müdürü Mehdi Abbasov, özünün bacarıqsızlığını və
iradəsizliyini ortaya qoyaraq, işi taməmən H.Allahyarovun ixtiyarına
buraxıb. Heç kəs M. Abbasovun müdür maaşına dolandığına inanmır. Görünür M. Abbasov В«ilanı Seyidəhməd əli ilə tutur.В»
Şikayət
məktubunda qeyd olunan faktları araşdırmaq üçün gün ərzində dəfələrlə
ƏƏSMM-nin müdürünə zəng etsək də cavab verən olmadı.
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=14977