Azərbaycanlı astroloqdan 2015 proqnozları

05.01.2015 - 00:40

“4 nazirin öz postunu tərk edəcək və ….”


Astroloq
Səbuhi Rəhimli Yeni qədəm qoyduğumuz 2015-ci illə bağlı maraqlı
proqnozlar verib. O, Kəlbəcərli girovlar gələn il qaytarılacağını, 4
nazirin öz postunu tərk edəcəyini, 15-ə yaxın icra başçısının
dəyişdiriləcəyini proqnoz verib. Keçi
ilinin gəlişinin fevralın 19-na təsadüf edəcəyini deyən astroloq, ilin
aparıcı bürclərinin Oxatan və Balıqlar olacaq, aparıcı işarələrinin
Keçi, Pişik, Qaban olduğunu qeyd edib.  Cumhuriyyet.az astroloqun asiya.az-a verdiyi müsahibəni təqdim edir:
– Təqvimlə artıq yeni ilin ilk günləridir. Bəs bürclərə görə dəqiq il nə vaxt daxil olur?

Çoxları ili yanvarın 1-dən hesablayır, ancaq bu, yanlışdır. Yanvarın
1-i yalnız miladi təqvim dəyişir. Astronomik il isə Yuputerin hərəkətinə
əsaslandığı üçün, Sutökən bürcü dövründə (20 yanvar-19 fevral) dəyişir.
Bu dəfə isə Keçi ili fevralın 19-na təsadüf edəcək. O vaxta qədər At
ilinin himayəsində olacağıq.
– Bu il necə xarakterizə olunur?

Bildiyiniz kimi At illəri daha çox siyasi olaylarla zəngin keçir. Keçi
ili isə bir az fərqlidir. At ilində başlanmış siyasi məsələlər Keçi
ilində tədricən həll olunur. Keçi həm də incəsənət, xüsusən də teatral
simvol kimi xarakterizə olunur, həmçinin lider kimi də rəmziləşdirilir.
Keçi ilində mütləq yeni siyasi xadimlər meydana çıxır.
– Bu ilin rəmzləri, simvolları nələrdir?

Yuxarıda dediyim kimi Keçi ili fevralın 19-u başlayacaq və 2016-cı ilin
7 fevralına qədər davam edəcək. İlin aparıcı planeti Yupiter, uğurlu
ayları mart, dekabr, uğursuz ayları iyun, sentyabr, düşərli günü: bazar
ertəsi, cümə axşamı, ağır günü: çərşənbə, şənbə, aparıcı zodiac illəri
Keçi, Pişik, Qaban, rəngi göy, yaşıl, bənövşəyi olacaq.
– Keçi tərs heyvandır. Bu ildə bizləri hansı tərsliklər gözləyir və Azərbaycanı hansı siyasi proseslər gözləyir?

Yalan vədlər verilərsə, unutqanlıqlar olarsa, tərsliklər ola bilər.
Keçi ilində bahalaşma təbii olaraq gedir. Böhranlı vəziyyət özünü daha
çox büruzə verir. Köhnə dövrdə olan münaqişələr Keçi ilində daha da
dərinləşir. Bu
il də bir çox dəyişikliklər gözlənilir. “Azadlıq” radiosunun əməkdaşı
Xədicə İsmayılova ən yaxşı halda mart ayına kimi həbsdə qalacaq. Müsavat
Partiyasında daxili çəkişmələr səngiyəcək, Dağlıq Qarabağla bağlı yenə
də üstünlük bizdə olacaq, amma hansısa ərazinin qaytarılması baş
verməyəcək. Əli İnsanovun həbsdən azad olunması yaza qədər baş verə
bilər. Əgər olmazsa həbsdə qalmağı uzanacaq.
– Bu il Azərbaycanda Parlament seçkiləri ilidir. Bu seçkilərlə bağlı hansı proqnozlarınız var?

Parlament seçkiləri bu vaxta qədər olan seçkilərindən kəskin surətdə
fərqlənəcək. Hətta yeni bir hərəkatın yaranacağı gözlənilir. Daxildə
üçüncü bir qüvvə meydana gələcək. Uzun illər millət vəkili olanların
40%-i bu dəfə seçilməyəcək. Nazir ranqlı 4 vəzifəli məmurr öz postunu
tərk edəcək. 15-ə yaxın icra başçısı dəyişdiriləcək. Hazırkı
deputatlardan bir çoxu yüksək vəzifələrə təyin olunacaq.
– Bu il incəsənət ili olacağını deyirsiniz. İncəsənət sahəsində hansı yeniliklər olacaq?

Yeni televiziya kanalları, yeni teatrlar, filmlər yaranacaq. Bundan
başqa dünya arenasına çıxacaq filmlərimiz, müğənnilərimiz olacaq.

Ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və
Şahbaz Quliyevlə hansı münasibətləriniz olub? Onlarla bağlı nə deyə
bilərsiz?


Onu deyim ki, mən könüllü olaraq müharibədə iştirak etmişəm. Şahbaz
Quliyev də, Dilqəm Əsgərov da ağır döyüş yolu keçmiş qəhrəmanlardır.
Dilqəm 1998-ci ildən Kəlbəcərə gedib-gəlirdi. Hər dəfə onlar gedəndə
dualar edirdik ki, bir şey olmasın. Təəssüf ki, sonuncu dəfə alınmadı.
Bu sırf siyasi qərar olduğu üçün proqnozlaşdırmaq çətindir. Lakin bütün
astroloji mənbələr onların gələn il geri qaytarılacağını göstərir.
– Bu il hansı hansı bürcdə doğulanlar üçün uğurlu, hansılar üçün uğursuz olacaq?

İlin aparıcı planeti Yupiter olduğuna görə, bu planetin himayəsində
aparıcı bürclər Oxatan və Balıqlar olacaq. Necə deyərlər, “sükan”
onların əlində olacaq. Ümumi götürsək, Od (Qoç, Şir, Oxatan) və Su
ünsüründən olanlar (Xərçəng, Əqrəb, Balıqlar) üçün daha uğurlu olacaq.
Amma əsas olan budur ki, Keçi ilinin oyun qaydalarına riayət edən hər
kəs bürcündən, ilindən asılı olmayaraq uğurlara imza ata biləcək.
– Dünyanı qorxuya salan “Ebola” virusu, İŞİD haqqında proqnozlarınız necədir?

Əslində “Ebola” virusunu mən daha çox siyasi təzyiq kimi
dəyərləndirirəm. İnşallah, yaz aylarından bu virusun dayanacağı
gözlənilir. İŞİD barədə isə vəziyyət gərgin olaraq qalacaq. Bu hərəkat
2015-ci ildə daha da geniş əraziləri əhatə edəcək. Əslində İŞİD də
ABŞ-ın ssenarisidir. Amerika dünyanın ən təhlükəli terrorçularını məhz
bu quruma cəlb edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=14978

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728