ABŞ-ın öcalanı Türkiyəyə verməsinin şok səbəbi

05.01.2015 - 00:26

PKK lideri Abdullah Öcalanı İmralı adasında sorğulayan keçmiş polkovnik Həsən Atilla Uğur ABŞ-ın Öcalanı Türkiyəyə necə təhvil verdiyini açıqlayıb. Türkiyə mətbuatına istinadən axar.az xəbər verir ki, polkovnikin iddialarına görə, Apo 2 Əlqaidə terrorçusunun qarşılığında Türkiyəyə təslim edilib: “Türkiyəyə sığınan 2 Əlqaidə mənsubu tutulan kimi Türkiyə hökuməti terrorçuları ABŞ-a təhvil verdi. Bunun qarşılığında ABŞ onsuz da təqib etdiyi Abdullah Öcalanı paketlədi və ölkədən ayrılan xüsusi təyinatlılar vasitəsi ilə Türkiyəyə göndərdi”.
Türkiyə ilə ABŞ arasında ikitərəfli razılıq olduğunu deyən polkovnik Suriyanın da bir zamanlar Aponu dəstəklədiyini bildirib:”Apo tutulmadan öncə Suriya onu dəstəkləyirdi. 1998-ci ildə Milli Təhlükəsizlik Şurasında quru qüvvələri komandiri olan general Atilla Atəş Adanada bir çıxış etdi. “Suriya, ayağını düz at” dedi. Bundan sonra Suriya Apo deyilən o qatildən imtina etmək məcburiyyətində qaldı. Biz addım-addım harada olduğuna dair məlumat yığdıq. O, İtaliyaya, Rusiyaya, ordan Yunanıstana getdi. Ən son Keniyadakı Yunanıstan səfirliyinə getdi. Öcalan özünü orada zəmanətdə zənn edirdi. Lakin 11 sentyabr hadisələrindən sonra Əlqaidə deyilən bir təşkilat ortaya çıxdı. Təşkilatın üzvləri hər yerdə axtarılırdı. Türkiyə hökuməti bu təşkilatın 2 üzvünü tutdu. Bundan sonra ABŞ Aponu təhvil verdi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14979

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728