İsrail dünyaya meydan oxudu

05.01.2015 - 01:13

“Əsgərlər və komandirlərimizin məhkəməyə çıxarılmasına imkan verməyəcəyik”

İsrail Fələstinin Beynəlxalq Cinayət
Məhkəməsinə qoşulmaq səylərinə görə fələstinlilərin cəzalandırılması
üçün yeni addımları nəzərədən keçirir. Fələstinlilərin
qərargahı Haaqada yerləşən məhkəməyə qoşulması yəhudi dövlətinə qarşı
müharibə cinayətləri ittihamlarının irəli sürülməsinə gətirib çıxara
bilər. Lakin İsrailin baş naziri Benyamin Netanyahu bazar günü kabinet
üzlərinin iclasında hərbi qüvvələrin məhkəməyə verilməsinə imkan
verməcəyini bildirib: “Fələstin İdarəsi İsrail dövləti ilə qarşıdurma
yolunu seçib və biz də boş oturmayacayıq. Biz İsrail əsgərləri və
komandirlərinin Haaqada Beynəlxalq Cinayət Məhkəməsi qarşısına
çıxarılmasına imkan verməyəcəyik. Həmasın müharibə cinayətkarları ilə
ittifaq yaratdıqlarına görə ədalət qarşısında cavab verməli olan
Fələstin İdarəsinin liderləridir.”
İsrailin bir
rəsmisi ölkənin “müdafiədən hücum rejiminə keçməli” olduğunu deyərək
bildirib ki, İsrail Fələstin lideri Mahmud Abbas və digər rəsmilərə
qarşı Birləşmiş Ştatlar və başqa ölkələrdə məhkəmə işi açmalıdır. İsrail
eyni zamanda, fələstinlilər üçün 125 milyon dollar məbləğində vergi
gəlirlərini dondurub. Fələstinlilər bu maliyyədən hökumətin idarə
edilməsi və mülki vətəndaşların maaşlarının verilməsi üçün istifadə
edir.
Fələstinlilərin danışıqlarda vasitəçisi
Saeb Erekat İsrailin bu addımını pisləyərək, bunun fələstinliləri
Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq səylərindən yayındırmayacağını
bildirib. (Amerikanın səsi)

Short URL: http://www.cumhuriyyet.net/?p=14980

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930