İcra başçısının “fövqəleşq” macərası

05.01.2015 - 01:32

Azərbaycanın bölgələrində “balaca padşahlar”a çevrilən icra başçıları hər zaman öz macəraları ilə medianın diqqət mərkəzində olub. Bu dəfə cumhuriyyet.az-a daxil olan məlumat isə kifayət qədər ciddi və həyacanlıdır. Belə ki, Azərbaycan rayonlarının birinin rəhbəri haqda bizə daxil olan məlumatlar onun həm ictimai karyerasında, həm də şəxsi həyatında dağıdıcı zəlzələ effekti yarada bilər.
Etibarlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, icra başçılarından birinin şəxsi həyatı ilə bağlı məqamlar rəhbərlik etdiyi rayonun həm məmurları həm də yerli sakinlər arasında ciddi narazılıq yaradıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin rütbəli bir zabit xanımına icra başçısı o qədər səlahiyyət verib ki, o rayonun qeyri-rəsmi sahibinə çevrilib və məmurlar üzərində hökmranlıq edir. Olayın bu kimi məsələlərə kifayət qədər həssas bir bölgədə baş verməsi isə məsələni daha da gərginləşdirib. Rayonda bütün məsələləri öz nəzarəti altına alan həmin FHN zabitinin karyera yüksəlişi də çox maraqlıdır. Mənbəmizin bildirdiyinə görə onun indiki posta sahiblənməsində icra başçısının müstəsna xidmətləri olub. Belə ki, siyasi bölgüdə FHN şefinin təsir dairəsində olan icra başçısı bu statusundan bəhrələnib.
Onu da bildirək ki, bu məlumatda kifayət qədər şəxsi məqamlar və ciddi ittihamlar yer aldığından hələ ki, rayonun və icra başçısının adını qeyd etmirik. Məsələ ilə bağlı tam dəqiqləşdirmələr apardıqdan sonra mövzuya qayıdacağıq…

Short URL: http://www.cumhuriyyet.net/?p=14982

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728