Azərbaycanlı milyarderin 58 milyonluq təyyarəsi
2013-cü ilin dekabr ayında keçirilən “Böyük rüşvət
əməliyyatı” zamanı həbs edilən iş adamı, müğənni Ebru Gündəşin əri Rza
Zərrab özünə yeni təyyarə alıb. Zərrabın yeni təyyarəsinin qiyməti 58
milyon dollardır.
“Gulfstream G550” model təyyarənin fotoları Zərrabın sahibi olduğu şirkətin sosial şəbəkə səhifəsində yerləşdirilib.
Xatırladaq ki, bundan öncə də Rza Zərrab təyyarə sahibi olub. O, həbs
ediləndən sonra “Challenger 300” tipli təyyarəsinin kreditlərini uzun
müddət ödəyə bilməyib. Lakin ötən ilin fevral ayında həbsdən çıxan kimi o
borcunu ödəyərək təyyarəsini geri ala bilib.
Rza Zərrab ilk olaraq gündəmə həyat yoldaşı Ebru Gündəşə etdiyi
bahalı hədiyyələrlə gəlib. Dəyəri milyonlarla ölçülən hədiyyələr
arasında villadan tutmuş, bahalı atlara kimi var. Zərrab və Gündəş
cütlüyünün evliliklərindən bir qızları var.(ANSPRESS)
Short URL: http://www.cumhuriyyet.net/?p=14984