Rusiyada azərbaycanlı hamilə qadını güllələdilər
Rusiyanın Nijni Novqorod şəhərində azərbaycanlıların
milli-mədəni muxtariyyətinin görkəmli nümayəndələrindən biri olan Rasim
Quliyevin həyat yoldaşı vəhşicəsinə öldürülüb.
Bu barədə vesti.az-a Nijni Novqoroddakı azərbaycanlıların milli-mədəni muxtariyyətinin rəhbəri Vidadi Abbasov bildirib.
Hadisə yanvarın 3-də Nijni Novqorodun Kanavinsk rayonunda baş verib.
Akimov küçəsində yaşayan sərxoş işsiz sakin yuxarı mərtəbədə yaşayan
qonşusunun uşaqlarının guya çox səs salmasından əsəbiləşib. Yuxarı
mərtəbədə yaşayan 40 yaşlı hamilə qonşusu ilə mübahisədən sonra kişi öz
evinə gəlib, seyfdən ov tüfəngini götürüb, sonra isə yuxarı qalxaraq,
qonşusunun qapısına atəş açıb. Bu məqamda qapı arxasında dayanan qadın
aldığı yaralardan yerindəcə həlak olub.
Həlak olan qadın hamiləliyin sonuncu ayında imiş. Bu ay onun əkiz
övladı dünyaya gələcəkdi. Qadının yetkinlik yaşına çatmayan iki övladı
qalıb.
Hazırda 49 yaşlı kişi saxlanılıb, onun barəsində həbs-qətimkan
tədbiri seçiləcək. Müstəntiqlər onun odlu silaha sahib olmaq icazəsinin
olmadığını aydınlaşdırıblar. Hamilə qadını öldürdüyü üçün cani ömürlük
azadlıqdan məhrum edilə bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=14987