Zərdabda tükürpədən cinayət

05.01.2015 - 12:19

Zərdab rayonunda ötən il dekabrın 30-da son günü baş verən dəhşətli qətl hadisəsinin üstü açılıb. Bu barədə Teleqraf.com-a Zərdab rayon Prokurorluğundan məlumat verilib.Məlumata görə, Zərdab rayon Prokurorluğu və polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəliquşçu kənd sakini Vüsal Mehdiyev tutulub. O, ötən ilin dekabrın 30-da həmkəndlisi Rəşad Zeynalovu bıçaqlayaraq qətlə yetirib və daha sonra meyitini yandırıb.
Qeyd edək ki, Rəşad Zeynalovun meyiti rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb. Məlumata görə, Rəşad Zeynalov dekabrın 29-da axşam saatlarında yoxa çıxıbmış.Rəşad Zeynalovun böyük qardaşı təxminən 1 il 6 ay əvvəl Rusiyada öldürülüb.Faktla bağlı cinayət işi başlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14992

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728