İranlı admiraldan Azərbaycana təhdid
İnqilab Keşikçiləri korpusunun generalı Əli Təqəvinin cənazə
mərasimində çıxış edən, İranın Ali Mİlli Təhlükəsizlik Şurasının
sədri, admiral Əli Şəmxani sensasion bəyanatla yadda qalıb. İranın “Fars” agentliyi xəbər verir ki, çıxışı zamanı Azərbaycanın da adını çəkib.
Təqəvinin İran qarşısındakı xidmətlərindən danışan admiral Şəmxani
“İraq və Suriyadan bizə nə” deyən iranlılara cavab olaraq bunları
deyib. “Təqəvilər Samərrada öz qanlarını tökməsələr, biz Sistanda, AZƏRBAYCANDA, Şirazda və İsfəhanda öz qanımızı tökməli olacağıq.” Qeyd
edək ki, iranlı admiralın ölkəsinin İraq və Suriyada hərbi
fəaliyyətini əsaslandırarkən, İranın əyalətlərinin adını çəkərkən ,
Azərbaycanın da adını çəkməsi təccüb doğurur. (avropa.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=14994