Deputat oğlu Bakıda “avtoş”luq” etdi

06.01.2015 - 19:32

Bayram günlərində Bakı küçələrində qadağan olunmuş səs siqnallarından istifadə edən, bununla da asayişi pozan sürücü saxlanılıb.
Aznews.az xəbər verir ki, avtoxuliqanlıq edən sürücünün 10 GV 888
dövlət nömrə nişanlı “Maserati” markalı bahalı avtomobil isə cərimə
meydançasına aparılıb. Həmin avtomobil hazırda Badamdarda yerləşən
cərimə meydançasında saxlanılır.
Məlum olub ki, dəbdəbəli maşınla “avtoş”luq edən sürücü Famil Mahir
oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət
komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib.
Məsələyə münasibət bildirən millət vəkili Famil adlı oğlunun
olduğunu bildirsə də, onun idarə etdiyi “Maserati”nin cərimə
meydançasına aparılmasını təsdiqləməyib: “O, orqan işçisidir. Onun qayda
pozması və maşınının cərimə meydançasına aparılması inandırıcı deyil.
Ancaq hər birimiz qanun qarşısında cavabdehik və bu baxımdan əgər yol
hərəkət qaydalarını pozuruqsa, avtomobilimiz cərimə meydançasına aparıla
bilər”.
Yeri gəlmişkən, prezident sərəncamı ilə qadağan olunan bu səs
siqnallarından istifadə etmək ən ağır qayda pozuntusu hesab edilir və bu
əməli törədən şəxsin işi məhkəmədə həll olunur.
Qeyd edək ki, Mahir Aslanov Gorbanboy-Naftalan seçki dairəsindən
Milli Məclisə deputat seçilib. Onun digər oğlu Məhəmmədəli Aslanov “Bank
of Azerbaijan”ın İdarə Heyətində çalışır.

Short URL: http://www.cumhuriyyet.net/?p=14998

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031