Karapetyan Abramoviçin və digər oliqarxların milyonlarını götürüb, yoxa çıxdı

06.01.2015 - 19:36

Roman Abramoviç də daxil olmaqla bir çox tanınmış rusiyalı oliqarxlara pul “atan” erməni fırıldaqçısı yoxa çıxıb.
Virtualaz.org
saytı xəbər verir ki, təsis olunarkən səhmdarlarına böyük vədlər verən
“Blackfield Capital” investisiya fondunun rəhbəri, hazırda gizlənən Kim
Karapetyanın ABŞ-a ekspansiya planları məlum olub. Ancaq ABŞ-ın Rusiyaya
qarşı sanksiyaları onun planlarına mane olub.
“The
Wall Street Journal” qəzeti araşdırıb ki, Kim Karapetyan Nyu-Yorkun
Manhetten kvartalında ayı 15 min dollara penthaus kirayələyib və özünə
“Aston Martin Vanquish” avtomobili almaq istəyib. Ancaq sanksiyalar
üzündən planlarını reallaşdıra bilməyib.
Xəbərdə bildirilir ki, Karapetyanın yoxa çıxmasından sonra onun təsis etdiyi investisiya fondunda xaos hökm sürür.
Məxsusi
olaraq Amerika bazarında fəaliyyət göstərmək üçün yaradılan “Blackfield
Capital LLC” şirkəti 2014-cü ilin payızından etibarən London Fond
Birjasında və Çikaqo Kommersiya Birjasında hərraclara başlamalı idi. Bu
məqsədlə Ümumdünya Ticarət Mərkəzinin binasında 18 ofis, habelə
Manhettendə rekord qiymətə ofis kirayələnmişdi.
Kim Karapetyan (şəkildə sağda) “Blackfield Capital” fondunun açılışında
Ötən
ilin payızında “Forbes” jurnalı şirkətin iflasa uğradığını xəbər verdi.
Baş direktor Kim Karapetyan və təsisçi Vaqinak Mxitaryan ofisdən yoxa
çıxdılar və investorlar onları axtarıb tapa bilmədi. Müştərilərin fonda
yatırdığı vəsaitlər də “buxarlandı”.
Şirkətin
şöbə rəhbəri Aram Quşyan bildirib ki, onun idarəsi altında 20 milyon
dollar olub, ancaq həmin vəsait bank hesabından çıxarılıb.
Məlumatlara
görə, ermənilərin yaratdığı bu şirkətin müştəriləri arasında
milyarderlər Roman Abramoviç və Mixail Proxorov da olublar. Fond
potensial müştərilərə illik 60 faiz gəlir vəd edirdi.
Qəzet
yazır ki, Karapetyan yoxa çıxandan sonra özünü “Karapetyan” kimi təqdim
edən şəxs fondun investorlarına və yüksək vəzifəli əməkdaşlarına qısa
mesaj göndərərək “təhdidlərə görə gizləndiyini” bildirib. Ancaq
təhdidlərin nədən ibarət olduğu göstərilməyib.
Məlumata
görə, o, investorların bütün vəsaitlərini qaytaracağını bildirib, ancaq
“Karapetyan” onunla təkrar necə əlaqə saxlamağın yolunu göstərməyib. O
zaman şirkətin əməkdaşları təxmin ediblər ki, Karapetyan ABŞ-da
gizlənir.
“Blackfield Capital” 2013-cü ildə
Moskva birjasında fyuçerslərin və opsion müqavilələrin 2 faizə qədərini
alıb-satırdı. 2009-cu ildə yaradılmış fond Rusiyanın ən çox gəlir vəd
edən hec-fondlarından biri hesab edilirdi.
Karapetyanın
problemləri Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra başladı.
Tezliklə şirkət ABŞ-da ofis kirayəsinə dair müqavilələri pozdu və bütün
əməkdaşlarını işdən azad etdi. Oktyabr ayında isə şirkətin Moskvadakı
ofisinə üç nəfər gəlib və özlərini təqdim etmədən “29 yaşlı Karapetyanı
axtardıqlarını” deyiblər. Ancaq Karapetyan nə həmin gün, nə də ondan
sonra işdə olmayıb. Şirkətin əməkdaşlarına elan edilib ki, maaşları
vermək üçün pul yoxdur və 20 milyon dolların, o cümlədən investorların
pullarının yoxa çıxdığı xəbər verilib.
Qəzetin
yazdığına görə, məlum olub ki, Kim Karapetyanın London İqtisadiyyat
Məktəbində təhsil alması və “Morgan Stanley” bankında staj keçməsi
barədə məlumatlar da yalan imiş.

Short URL: http://www.cumhuriyyet.net/?p=14999

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728