Daha bir ölkə Rusiyaya qarşı
Dünya Litva Ukrayna ordusunun silahlandırılmasına kömək edib. ANS
PRESS-in məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik Şurasının
informasiya mərkəzinin spikeri Andrey Lısenko açıqlama verib.
“Ukrayna ordusunu bizim qərb müttəfiqlərimiz dəstəkləyirlər. Litva
respublikasının müdafiə naziri Yuozas Olekas Litvanın Ukrayna ordusuna
silahlandırdığını təsdiq edib”, – deyə Lısenko bildirib.
Lısenkonun sözlərinə görə, Litva tərəfi gələcəkdə də köməyini davam etdirəcək.
Qeyd edək ki, Ukraynada münaqişə ötən ilin əvvəllərindən başlayıb.
Münaqişə nəticəsində Krım yarımadası Rusiyaya birləşdirildi. ABŞ, Qərb
və NATO-ya dəstək verməyə davam edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15003