Ehtiyatda olan hərbçilər yenidən orduya çağırılır

06.01.2015 - 20:17

“Ehtiyatda olan hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrinə
çağırışı qanunvericiliyə uyğun olaraq yoxlama məqsədilə həyata
keçirilir”.
Bu barədə Dövlət Xidmətinin
mətbuat xidmətindən açıqlama verilib. Bildirilib ki, “Hərbi vəzifə və
hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci
maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi
təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. 
SHXÇDX-dən toplanışların müddətləri və vaxtı məsələsinə də aydınlıq gətirilib:
“Toplanışların
müddətləri və vaxtı məsələsi qanuna uyğun olaraq Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdirilir.
Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinin təqdimatı ilə Azərbaycan
Respublikasının Prezidenti müəyyən edir. Hərbi vəzifəlilər toplanışa
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən göndərilir.
Müvafiq Qanuna əsasən, səfərbərlik hazırlığının yoxlanılması məqsədi ilə
hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 (on) günədək
müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər”.
SHXÇDX-dən
həmçinin bildirilib ki, Xidmətə həvalə olunmuş vəzifələr sırasında
aidiyyəti səfərbərlik planlarının yerinə yetirilməsi üçün təlim və
məşqlərin keçirilməsi də yer alır. Xidmət tərəfindən qanunvericilikdən
irəli gələn tələblər çərçivəsində mütəmadi olaraq bu kimi tədbirlər
həyata keçirilir. /AzVision.az/

Short URL: http://www.cumhuriyyet.net/?p=15006

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728