Kazaklarla separatçılar arasında “qan düşdü”
Qondarma respublikalara nəzarət iddiaları iki qüvvəni üzbəüz qoyub; 2 çeçen məmurun adı “Maqnitski siyashısı”na salındı
“Luqansk
Xalq Respublikası”nda kazaklarla separatçı birləşmələr arasında
hakimiyyət savaşı davam edir. Yanvarın 5-dən 6-na keçən gecə kazak
bilşəmələri ilə separatçılar arasında bir neçə toqquşma olub. Tərəflərin
açdığı artelleriya atəşi nəticəsində xeyli ölən və yaralanan olduğu
xəbər verilir. Günlərdir davam edən gərginlik Rusiya Daxili İşlər
Nazirliyinin ərazidəki bölmələrində də çaxnaşma yaradır. Son 2 gündə
danışıq və razılaşma təkliflərinə tərəflərdən heç biri müsbət reaksiya
verməyib. Unian.net Ukrayna Müdafiə Nazirliyinə istinadən bildirir ki,
kazak birləşmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
o da bildirilir ki, gecə saatlarında Rusiya sərhədini keçən ağır
texnika separatçıların nəzarət etdiyi ərazilərə yerləşdirilib. Bundan
başqa humanitar yardım adı ilə Rusiya əraziyə xeyli sayda silah-sursat
və canlı qüvvə də keçirib.
separatizmi dəstəkləyən və açıq hərbi müdaxilə həyata keçirən Rusiyada
daxili durum gərginləşir. Qərbin sanksiyaları Rusiyanın problemlərini
çözülməz hala gətirib. Yanvarın 6-da Rusiya birjalarında 1 ABŞ dolları
61 rubldan baha satılıb. 1 Avronun qiyməti isə 73 rubl olub. İqtisadçı
ekspertlər bildirir ki, rublun bu templə ucuzlaşması böhrandan çıxış
imkanlarını getdikcə məhdudlaşdırır. Hətta neftin qiyməti yüksəlməyə
başlasa belə, Rusiya iqtisadiyyatı Qərbin sanksiyalardan aldığı
zərbələrin yerini doldurmaqda çətinlik çəkəcək. Hələlik çıxış yolu kimi
Kreml neft hasilatını artırmaq yolunu seçib. Son günlərin rəsmi
statistikasına görə, Rusiya bazara daha artıq neft çıxarır. Rusiya
hökuməti bu addımı ölkəyə daxil olan pul kütləsinin həcmin artırmaq üçün
atıb.
qabiliyyətini gücləndirməyi hədəfləyib. 2015-cü ildə dövlət büdcəsindən
ayrılan müdafiə xərclərinin 31,6 faizi silah alınmasına yönəldiləcək. Bu
il Ukrayna müdafiə xərclərinə 40,2 milyard qrivna ayırıb. Bu, 2014-cü
ildəki hərbi büdcəsən 13 milyard çoxdur.
hərbi qulluqçuların və onların ailə üzvlərinin, eləcə də hərbi
əməliyyatlara görə yaşayış yerini tərk etməyə məcbur olan vətəndaşların
sosial müdafiəsinə də ciddi diqqət ayırır. Hökumətin qərarına görə,
qaçqın ailələrinə yardımın maksimal həddi 2400 qivnaya yüksəldilib.
Ancaq hələlik müavinətlərin ödənməsi ilə bağlı ay məhdudiyyəti
götürülməyib. Hökumətin qərarına görə, köçkünlər 6 ay yardım ala
biləcəklər. Bundan sonrakı qərarlar onların daimi yaşayış yerlərinə
qayıtmasının mümkünlüyündən asılı olaraq veriləcək.
arada bəlli olub ki, Qərb sanksiyalar tətbiq etdiyi Rusiya məmurlarının
siyahısına daha 4 nəfər əlavə edib. Onların sırasında Çeçenistan
Prezident Administrasiyasının başçısı Məhəmməd Daudov, Çeçenistan daxili
işlər nazirinin müavini Apti Alaudinov da var. Yada salaq ki,
təşəbbüsçünün adı ilə tanınan “Maqnitski siyası”na düşənlərin Avropa və
ABŞ-a girişi yasaqdır. Bu şəxslərin Qərbdəki bütün bank hesabları isə
dondurulub. Sonuncu düzəlişlərdən sonra siyahıda olanların sayı 64-ə
çatıb. Onların hamısı Rusiyada yüksək dövlət və hökumət vəzifələri
tutanlardır.
Komitəsinin Kiyev bürosu Ukraynadakı hərbi və mülki əsirlərlə bağlı
hesabat yayıb. Sənəddə bildirilir ki, indi separatçıların əlində 900
ukraynalı əsir var. Onlardan 400-ə qədəri mülki şəxslər, qalanları isə
hərbi əməliyyatlar zamanı əsir düşən hərbi qulluqçalardır. Hesabatda
qeyd olunur ki, əsirlər “qara işlərdə” işlədilir. Onlar beynəlxalq
konvensiyalarda göstərilən hüquqları qorunmur. Helsinki Komitəsi
bildirir ki, Ukrayna hökumətinin əsirlərin dəyişdirilməsi və geri
qaytarılması ilə bağlı bir sıra təşəbbüsləri açıq qalıb – separatçılar
danışıqlardan ya imtina edib, ya da əldə olunan razılaşmaları pozaraq
əsirləri qaytarmaqdan imtina edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=15009