Prezidentin tıxacda qalmasına görə cəzalandığı deyilən generalla bağlı açıqlama

07.01.2015 - 12:03

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mətbuatda idarənin rəis
müavini, polis general-mayoru Həsən Şirinov haqqında yayılan məlumatlara
aydınlıq gətirib.
İdarənin mətbuat xidmətindən
APA-ya bildirilib ki, son günlər internet və çap mediada BŞBPİ-nin rəis
müavini, polis general-mayoru Həsən Şirinovun vəzifəsindən
uzaqlaşdırılması ilə bağlı əsassız məlumatlar yayılıb:
“Rəsmən
bildiririk ki, bu xəbərlər həqiqətə uyğun deyil. Polis general-mayoru
Həsən Şirinov hazırda baş idarənin rəis müavini vəzifəsindədir və
xidmətini davam etdirir”, – deyə idarədən bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=15013

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031