Ərəb dünyasının nüfuzlu lideri Bakıya gələcək
Əmr Musa bu ilin aprel ayında Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Bakıda
təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcək.
mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qahirədə Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyi ilə keçirilən görüşdə diplomat
Əmr Musa Azərbaycanda “Yeni dünya düzənində etimadın yaradılması”
mövzusuna həsr olunmuş beynəlxalq forumun keçirilməsinin önəmini
vurğulayıb. Əmr Musa bildirib ki, xüsusilə dünyanın ən nüfuzlu
siyasətçilərinin iştirakı toplantının qlobal əhəmiyyətini daha da
artırır.
siyasi xadimlərindən sayılan Əmr Musa 1991-2001-ci illərdə Misir Ərəb
Respublikasının xarici işlər naziri vəzifəsində çalışıb. Əmr Musa
2013-cü ildə prezidentliyə namizəd olub, sonradan isə Misir
Konstitusiyasına dəyişiklik komissiyasının rəhbəri təyin edilib. Ərəb
diplomat müxtəlif illərdə Misirin İsveçdə, Hindistanda fövqəladə və
səlahiyyətli səfiri, həmçinin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri
olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=15014