Səfirlikdən viza ilə bağlı açıqlama

07.01.2015 - 12:14

İtaliya Respublikasının Azərbaycandakı səfirliyi 29 yanvar 2015-ci
il tarixindən etibarən Şengen ölkələri arasında viza məlumat mübadiləsi
aparılması üçün Viza İnformasiya Sisteminin (Visa İnformation System –
VİS) qüvvəyə minəcəyini açıqlayıb. Səfirlikdən APA-ya verilən məlumata
görə, VİS Avropa İttifaqının azad, təhlükəsiz və ədalətli mühitin
yaradılmasında apardığı önəmli təşəbbüslərdən biridir.
Yeni
sistemə əsasən ilk dəfə olaraq viza sorğusu təqdim edən şəxslər şəxsən
aidiyyəti ofisə müraciət etməlidirlər. Bu zaman həmin şəxsin biometrik
məlumatları biometrik şəkil və barmaqların rəqəmsal izlərini götürməklə
əldə edilir. 12 yaşına çatmamış azyaşlılar və fiziki olaraq barmaq
izlərinin götürülməsi mümkün olmayan şəxslər bu prosedurdan azad olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=15017

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728