Kadırov içki satanları və sərxoşları iqamətgahına yığdı

07.01.2015 - 12:47

Çeçenistan lideri Ramzan Kadırov spirtli içkilərə qarşı mübarizənin yeni mərhələsini elan edib.
ANS
PRESS-in məlumatına görə, “quru qanun” Çeçenistan Respublikasında hələ
2009-cu ildən bəri qüvvədədir. Çeçenistanda spirtli içki almaq yalnız
xüsusi mağazalarda gündə iki saat – səhər 8.00-dən 10.00-ə qədər icazə
verilir. Ancaq bir çox satıcılar bu qanuna baxmayaraq gecə-gündüz gizli
şəkildə sprirtli içki satırlar.
İndi onlarla
mübarizəyə Çeçenistan Respublikasının başçısının özü çıxıb. Məhəmməd
Peyğəmbərin ad günündə Ramzan Kadırov Qroznı mağazaları və kafelərini
özü şəxsən gəzib. Spirtli içki satılan ticarət obyektlərinin satıcıları
gecə saat üçdə ölkə başçısının administrasiyasına gətiriliblər. Onlarla
birlikdə Ramzan Kadırovun yanına sərxoş olan müştərilər də gətirilib.
“Bunlar
alkoqol satırlar, bunlar isə onu içirlər, nə dinə riayət edirlər, nə
ənənəyə. Biz Peyğəmbərin ad gününü bayram edirik, amma bəziləri gecə
alkoqol satmağa çıxıblar, bəziləri də içməyə! Özünüzə baxın,
utanmırsınız! Pulu Allah tərəfindən lənətlənmiş üsulla qazanmaq olar?”, –
deyə Ramzan Kadırov onları tənqid edib.
Kadırov spirtli içki satan bütün mağazaları bağlamağı əmr edib. Onların sahibləri və satıcılar qanunla cərimələnəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=15022

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728