Mədəniyyət və Turizm Nazirliyində yeni təyinat
Mədəniyyət
və Turizm Nazirliyində ictimaiyyətlə əlaqələri, mətbuatla işi daha da
səmərəli təşkil etmək məqsədilə nazirliyin Kollegiyasının qərarı ilə
yeni İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi yaradılıb.
İnformasiya, elektron media və resurslarla iş, İctimaiyyətlə əlaqələr və
mətbuatla iş və Qeyri-hökumət təşkilatları ilə iş sektorları daxildir.
Mədəniyyət və turizm nazirinin əmrinə əsasən, nazirliyin turizm
şöbəsinin təbliğat sektorunun müdiri Vüqar Nurməmməd oğlu Şixəmmədov
yeni şöbəyə müdir təyin edilib.
Yeni şöbənin yaradılması nazirlikdə bu sahədəki işlərin
mərkəzləşməsinə, hal-hazırda çox aktual olan Qeyri-hökumət təşkilatları
ilə əlaqələrin daha da yaxşılaşdırılmasına, mətbuat xidmətinin
imkanlarının genişlənməsinə, informasiya resurslarının artırılmasına və
səmərəli çalışmasına, nazirliyin respublikanın mədəni və ictimai
həyatına daha da yaxından cəlb olunmasına imkan yaradacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=15025