Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

07.01.2015 - 13:09

Hava şəraitinin kəskin dəyişməsi ehtimalı ilə əlaqədar “Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçib

Yaxın günlərdə hava şəraitinin kəskin soyuması və qarın yağması
ehtimalı ilə əlaqədar Bakı Metropoliteninin Nərimanov elektrik deposunda
xüsusi qərargah yaradılıb.

Bu haqda “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə
əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev bildirib.

“Bilirsiniz ki, qışın ən çox təsir etdiyi sahələr metropolitenin açıq
hava şəraitində olan “Nəriman Nərimanov” elektrik deposunun yollarıdır.
Yəni bizim qatarlar səhər saatlarında depodan hərəkət edir və orada
“Bakmil” stansiyası da daxil olmaqla yerüstüdür. Həmin yolların açıq
saxlanılması üçün bütün tədbirlər görülüb, hazırlıqlar tamamlanıb. Qum
və duz tədarükü görülüb, bütün ehtimallara qarşı maşın və mexanizmlər
hazır vəziyyətə gətirilib. Habelə növbətçilik cədvəlləri tərtib olunub”,
– deyə N. Paşayev qeyd edib.

Onun sözlərinə görə, hətta açıq havada işləyəcək metropoliten əməkdaşları üçün isti geyimlər belə tədarük edilib.

Eyni zamanda stansiyaların giriş-çıxışlarında, pilləkənlərdə
sərnişinlərin rahat hərəkət etməsi üçün tədbirlər də görüləcək.
Buzlanmaya qarşı giriş-çıxışlara nəzarət olunacaq. Mütəmadi şəkildə
təmizlik işləri aparılacaq ki, sərnişinlər hər hansı xoşagəlməz hallarla
qarşılaşmasınlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=15026

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728