Erməni kəşfiyyatı haqda məlumat

07.01.2015 - 13:13

“Kəşfiyyat-diversiya qrupu dinc əhaliyə qarşı müharibə sərgiləyir”
“Ermənistanın kəşfiyyat-diversiya qrupunun daha çox Azərbaycanın dinc
sakinlərini hədəfə alması Sarkisyan rejiminin terrorçu rejim olduğunu
bir daha təsdiqləyir”.
ANS PRESS-in məlumatına görə, bu fikri Milli Məclisin deputatı Elman Məmmədov YAP-ın saytına açıqlamasında deyib.
E.Məmmədov bildirib ki, bu məsələ ilə bağlı ortada təkzibolunmaz faktlar mövcuddur.
Onun sözlərinə görə, Serj Sarkisyanın özü də əvvəllər cinayətkar
qruplara rəhbərlik edən səhra komandirlərindən biri olub: “Cinayətkarın,
terrorçunun, hərbi caninin rəhbərlik etdiyi bu dövlət hər zaman dinc
əhaliyə qarşı müəyyən cinayət əməlləri törədib. Beynəlxalq təşkilatlar
bu məsələyə daha çox diqqət yetirməlidirlər. Məhz bu cür cinayət
əməllərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla Azərbaycanın dinc
sakinlərinin terror qurbanı olmasının qarşısını almaq olar. Bu yöndə
müvafiq tədbirlər görülməlidir”.
Deputat bildirib ki, bu gün Azərbaycan ərazisində erməni kəşfiyyat
-diversiya qrupu dinc əhaliyə qarşı, sözün əsl mənasında müharibə
mövqeyi sərgiləyir:
“Təbii ki, Azərbaycan tərəfi də öz hərbi gücündən istifadə edərək bu
qruplara qarşı mübarizə aparır. Ancaq müəyyən beynəlxalq dairələrin
havadarlıq etdiyi Ermənistan dövlətinin bu cür təxribatçı hərəkətlərinin
qarşısını almaq üçün bütün dünya ictimaiyətinin diqqətini bu məsələyə
çəkmək zəruridir”- deyə, E.Məmmədov vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=15027

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728