Ərdoğan erməniləri məyus etdi
səfirlərinin 7-ci konfransında “erməni soyqırımı” haqqında danışıb,
Ermənistanı başqalarının mövqeyini öz şəxsi nöqteyi-nəzərinə uyğun
yozmağa çalışmaqda günahlandırıb.
ANS PRESS-in “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, o çıxışında
deyib: “Ermənistan bu metroda əl ataraq “soyqırım” məsələsinin
siyasiləşməsi üçün enerji xərcləməyə üstünlük verir. Mən bilirəm ki,
Türkiyə Xarici İşlər Nazirliyi bu məsələ üzərində intensiv işləyir.
İnanıram ki, 2015-ci ildə Xarici İşlər Nazirliyi və başqa strukturlar
bütün bunların öhdəsindən gələcək.”
R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin mesajlarına, atdığı addımlara və təşəbbüslərə Ermənistan tərəfindən reaksiya verilmir.
Türkiyə prezidentinin bu mövqeyi erməniləri əsəbləşdirib. Onlar yazıblar
ki, onun başçılığı ilə türk dövləti “erməni soyqırımı” faktını inkar
edir. Türkiyə tərəfi “soyqırım” faktının tanınmasından qaçmaq üçün daha
çox müasir metodlara əl atır. Məsələn, Ərdoğanın “ümumi ağrı” haqqında
tezisini xatırlatmaq kifayətdir.
Son zamanlar şişirdilən bu tezisin mahiyyətinə əsasən, Türkiyə rəsmi
dairələri etiraf edirlər ki, 20-ci əsrin başlanğıcında ermənilər
məhrumiyyətlə üzləşiblər, ancaq bunu “soyqırım” adlandırmırlar.
Ermənilərin itkilərini türklərin itkiləri ilə eyniləşdirməyə çalışırlar.
Türklər bunu Birinci Dünya müharibəsi çərçivəsində baş verən hadisə,
“ümumi ağrı” adlandırır və beləliklə, “soyqırım” faktını inkar edirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=15028