Deputatın “KamAZ”ları “Sovetski”ni boğaza yığıb
saytı sakinlərin bu məhəllədə aparılan irimiqyaslı söküntü işlərindən
şikayətləri barədə əvvəllər də məlumat verib.
uçurulan insanların narazılığı, qaz, işıq, su və kanalizasiya
sistemlərində yaranan problemlər, boşalan evlərdə narkoman və bomjların
məskən salması, xarabalığa çevrilən həyət və evlərdən zibilxana kimi
istifadə olunması, evlərə görə verilən kompensasiya ilə
razılaşmayanların etirazları… – bunlar “Sovetski” sakinlərindən ötrü
necə deyərlər, ənənəvi problemlərdir.

bu məhəllənin sakinlərinin daha bir – yeni qayğısı meydana çıxıb.
“Sovetski”dən yenə şikayət var. Amma bu dəfəki şikayət digərlərindən
fərqlidir. Sakinlər indi də söküntü işlərini aparan texnikanın
səs-küyündən narazılıq edir.
virtualaz.org saytına müraciət edən sakinlər bildirir ki, söküntü
işlərində istifadə olunan çoxsaylı ağır texnika İsmayıl Qurtqaşınlı
döngəsində yaşayış evlərinin olduğu ərazini sözün əsl mənasında qaraja
döndərib.

söküntü işləri “Sovetski” və Abdulla Şaiq (keçmiş Yuxarı Dağlıq)
küçələrinin arasında aparılır. Bu əraziyə Balababa Məcidov, Salatın
Əsgərova, Şamil Əzizbəyov, Süleyman Rəhimov, Mirzağa Əliyev, Çingiz
Mustafayev, İsmayıl Qurtqaşınlı, Bəşir Səfəroğlu və Tolstoy küçələrinin
kəsişmələrində yerləşən evlər daxildir. Burada söküntü işləri
hissə-hissə aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasının yaxınlığında olan
evlərin bir hissəsi sökülüb. Boş ərazi isə söküntü işlərində istifadə
olunan texnikanın dayanacağına çevirilib. İş vaxtı bitdikdən sonra
onlarla ağır texnika bu əraziyə gətirilir. Maşınlar dayanacağa əsasən
axşam saatlarında gətirilir, səhər sübh tezdən isə aparılır.
yeni tikilən çoxmərtəbəli binaların, həm də köhnə evlərin sakinləri isə
bu vəziyyətdən narazıdır. Sakinlər deyir ki, nə gecə bu maşınların
səsindən yatmaq olur, nə də səhər. Ağır texnikanın hərəkəti isə yolları
yararsız vəziyyətə salıb, köhnə evlərdə çatlar yaranıb. Buna şərait
yaradan şəxslər yerli sakinlərin narahatlığı haqda düşünmürlər.
“Shacman” və traktorların, buldozer və ekskavatorların, digər ağır
texnikanın saxlandığı bu dayanacaqda maşınlar həm də təmir edilir,
yuyulur. Bu da öz növbəsində sakinlər üçün əlavə problemlər yaradır.
Yollar palçıq olur, səs-küy artır.

bununla bağlı Nəqliyyat Nazirliyinin qaynar xəttinə zəng edərək şikayət
ediblər. Qaynar xətdən sakinlərdən ərazidə olan maşınların dövlət nömrə
nişanlarını yazıb onlara verməyi xahiş ediblər. Sakinlər də maşınların
nömrəsini nazirliyin qaynar xəttinə göndərib. Lakin heç bir nəticəsi
olmayıb.
toplanmasına səbəb həmin “qaraj”ın söküntü işlərinin aparıldığı əraziyə
yaxın olmasıdır. Ağırtonnajlı maşınların səhər saatlarında paytaxt
küçələrinə çıxması qadağan olunduğundan bu maşınlar əsasən axşam
saatlarında işləyirlər. Dayanacaq olaraq isə bura seçilib.
həmin texnika “qaraj”a yığışarkən baş çəkmişdik. Öyrəndik ki, onların
hamısı “Azəryolservis” ASC-yə məxsusdur. ASC-nin sədri isə deputat Cavid
Qurbanovdur…
Short URL: http://www.cumhuriyyet.net/?p=15034