Ermənipərəst ABŞ konqresmeni istefa verdi

07.01.2015 - 20:42

Maykl Qrimmə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb
Ermənipərəst siyasətçi kimi tanınan ABŞ konqresmeni Maykl Qrimmə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb.
ANS PRESS xəbər verir ki, APA-nın “NY Daily News”a istinadən yaydığı
xəbərə görə, Konqresin Nümayəndələr Palatasının üzvü M. Qrimm bu səbəblə
istefa verib. Prokurorluqdan bildirilib ki, Qrimmin məhkəməsi iyunun
8-də başlayacaq. Onu 24 aydan 30 aya qədər həbs cəzası gözləyir.
Konqresmen Qrimm ABŞ qanunverici orqanına seçilməzdən öncə 2006-2010
illərdə biznes fəaliyyəti ilə məşğul olub. 28 aprel 2014-cü il tarixində
Nyu-Yorkda ABŞ federal qurumları tərəfindən M. Qrimmə qarşı 20-dən çox
maddə üzrə cinayət işi qaldırılıb. Konqresmenə qarşı qaldırılmış
ittihamlar çərçivəsində vergidən yayınma üçün saxta sənədləşdirmənin
aparılması, sığorta sənədlərinin qeyri-qanuni şəkildə dəyişdirilməsi,
vaxtilə ona məxsus olmuş restoranda qeyri-leqal immiqrantların
işlədilməsi, yalan ifadə vermək və digər ittihamlar yer alır. 23 dekabr
2014-cü il tarixində Bruklin məhkəməsi ittiham aktında əks olunan
məsələlərdən biri – vergidən yayınma məsələsi ilə bağlı M. Qrimmin
günahkar olduğunu təsdiq edib. Məhz bundan sonra 2014-cü il seçkilərində
11-ci Nyu-York dairəsində inamlı qələbəsinə və yenidən Konqresə
seçilməsinə baxmayaraq, M. Qrimm istefa verməyə məcbur olub.
Qeyd edək ki, M. Qrimm ABŞ Konqresində erməni məsələləri üzrə işçi
qrupun həmsədrlərindən biri olub, erməni lobbi təşkilatlarının və onlara
yaxın dairələrin dəstəyi ilə Azərbaycanın maraqlarına qarşı fəal iş
aparıb. O, ABŞ administrasiyası tərəfindən Dağlıq Qarabağdakı separatçı
rejimə maliyyə yardımı ayrılması üçün aktiv şəkildə çağırış edən
qanunverici orqan mənsublarından biri kimi tanınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=15039

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930