Qar və çovğun proqnozu dövlət qurumlarını hərəkətə keçirib
Sabahdan
etibarən hava şəraitinin kəskin dəyişəcəyi və qar yağacağı ilə bağlı
hidrometeroloji proqnozlar dövlət qurumlarını hərəkətə gətirib.
xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirdi ki, “Azəriqaz” İstehsalat
Birliyi mövsümə tam hazırdır: “Qarşıdakı qarlı günlərdə tələbata
uyğun olaraq, təbii qazın verilişində artım ola bilər. Qazı kəsilən
vətəndaşlar üçün “104” və “185” qaynar xəttləri 24 saat ərzində
fəaliyyət göstərir. Hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə
keçmişik. Növbədə olan əməkdaşlarımızın sayı artırılıb. Hər hansı
vətəndaşın qazla təminatında problem yaranarsa, günün istənilən saatında
olmasından asılı olmayaraq, dərhal müdaxilə ediləcək. Ümumilikdə isə,
havanın necə keçməsindən asılı olmayaraq, əhalinin tələbatına uyğun
təbii qazın verilişi təmin edilir. Bölgələrdə qazlaşdırma işi davam
etdirilir. Kəndlərə təbii qazın verilişi təmin olunacaq. Bölgələrin
Sosial-İqtisadi İnkişaf Planına uyğun olaraq, qazlaşdırma işləri dövlət
proqramı çərçivəsində davam etdirilir”.

Rafiq Əliyev musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, elektrik
enerjisi və su təminatında problem yaranmazsa, istilik sistemi əvvəlki
qaydada işləyəcək: “Ümumiyyətlə, “Azəristilik” noyabrın 15-dən
mənzillərin istiliklə təminatına başlayıb. Bu il havaların soyuq keçməsi
ilə əlaqədar bu prosesə bir neçə gün də tez başladıq. Bizim bütün
qazanxanalarımız normal rejimdə işləyir. Havalar soyuq keçərkən bizdə
olan temperatur qrafikinə əsasən, yaşayış binalarına verilən istiliyin
temperaturu qazanxanalarda artırılır. Payız-qış mövsümünə keçidlə
əlaqədar hər yerdə qazanxanalarda işçilərin və cəlb olunan texnikanın
sayını artırmışıq. Bu günkü iş rejimində heç bir problem yoxdur. Çünki
noyabrda sistem işə başlayarkən bütün problemlər üzə çıxır və qarşısı
alınır. Hazırda hər hansı problem gözlənilmir. Ancaq buna baxmayaraq,
havaların soyuq keçməsi ilə əlaqədar tədbirlərimizi görmüşük, problem
yaranarsa vaxtında aradan qaldırılacaq. Biz havaların soyuq keçməsini
gözləyirdik ki, öz sistemlərimizin nə qədər dayanıqlı olmasını sınaqdan
keçirək. Bildiyiniz kimi, qazanxanaların iş rejimi elektrik enerjisindən
və sudan asılıdır. Bu ikisinin təminatında problem olmasa, bizim
çətinliyimiz olmayacaq. Sakinlər arxayın olsunlar ki, əvvəki kimi
istilik alacaqlar”.
alan hər bir məktəb, xəstəxana, uşaq bağçası və sair qurumlar hamısı
normal istiliklə təmin olunur: “Yaşayış binalarından hansıları bizim
qazanxanalarımızın olduğu əraziyə daxildir, onlar istiliklə təmin
olunacaq. Təxminən 3500-ə yaxın yaşayış binası hazırda istiliklə təmin
olunur. Digər binalarda isə istilik sistemlərinin bərpa olunmasına
ehtiyac var. Bu binalar da 2014-2016-cı illər arasında Bakı
qəsəbələrinin sosial- iqtisadi inkişaf proqramı çərçivəsində istilik
sistemi ilə təhciz olunacaqlar”.

əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də musavat.com-a bildirdi ki,
qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət olunub: “Biz
sürücülərə müraciət etmişik ki, qış mövsümü ilə əlaqədar nəqliyyat
vasitələrini texniki baxımdan saz vəziyyətdə saxlasınlar. Sürücülərdən
xahişimiz bu olub ki, avtomobillərin şinlərinin qalınlığına diqqət
etsinlər, şüşə silgəclərinin saz vəziyyətdə olmasına, arxa şüşə
qızdırıcısının normal işləməsinə fikir versinlər. Sürüşməyə qarşı
şinlərə vurulan xüsusi qurğulardan, zəncirlərdən istifadə etsinlər.
Yanacaq çənini dolu vəziyyətdə saxlasınlar ki, hər hansı ekstremal
vəziyyətdə nəqliyyatın hərəkətində problem yaranarsa, nəqliyyat
vasitəsinin sərnişinləri və sürücüsu soyuqdan əziyyət çəkməsinlər”.
keçməsi və qarlı havanın olacağı ilə əlaqədar bu qurum da öncədən
hazırlıq işlərinə başlayıb.

Mürsəliyev “APA-Economics”ə bildirib ki, qurumun tabeliyində olan idarə
və müəssisələrin 2014-2015-ci illər üzrə payız-qış mövsümünə hazırlıq
məqsədilə əmr hazırlanıb: “Əmrə əsasən, avtomobil yollarının və yol
qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və
təhlükəsizliyini təmin etmək məqsədilə ASC-nin mərkəzi aparatında
qərargah yaradılıb. Bundan başqa, yol istismar idarələri xidmət etdiyi
avtomobil yolları üzrə tədbirlər planı hazırlayaraq, icrasına başlayıb.
Buraya avtomobil yollarının və yol avadanlıqlarının texniki vəziyyətinə
baxış, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin
hazır vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların
yataqlarının, yollarda suötürücü boruların, küvetlərin təmizlənməsi,
qum, texniki duz, yanacaq-sürtgü materialları ehtiyatının yaradılması və
s. daxildir”.
yollara səpilməsi üçün 25 min kubmetrdən çox qum, 1700 ton texniki duz
ehtiyatı yaradılıb. Habelə 1047 ədəd maşın-mexanizm və nəqliyyat
vasitəsi hazır vəziyyətə gətirilib: “Zərurət yaranarsa, texniki duz,
qum ehtiyatı, maşın-mexanizmlər və nəqliyyat vasitələrinin sayı da
artırılacaq. Həmçinin sutkalıq növbətçilik də təşkil olunub”.
etibarən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda hava
şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, sulu qar və
qar yağacağının gözlənildiyi barədə xəbər verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=15042