Cəbhədə gərginlik savaş həddinə çatıb
Azərbaycan Müdafiə Nazirliyindən Ermənistanın azğınlaşması barədə açıqlama
Vaqif Dərgahlı: “Düşmən 12 noyabr hadisəsindən sonra cəbhədəki digər itkilərin əvəzini çıxmağa çalışır”
xəttində gərginliyi məqsədli şəkildə artırmaqda davam edir. Müdafiə
Nazirliyinin rəsmi məlumatına görə, təkcə son sutka ərzində cəbhənin
müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 57 dəfə pozulub.
Düşmən cavab atəşi ilə susdurulub.
ermənilər rayonun Mirəşelli kəndini atəşə tutublar. Nəticədə sakinlərə
məxsus yaşayış evlərinə və minik maşınlarına xeyli güllə dəyib. APA-nın
Qarabağ bürosunun xəbərinə görə, kənd sakini Quliyev Hüseyn Novruz
oğluna məxsus “VAZ 2106” markalı maşın da düşmənin atəşinə məruz qalıb.
Xoşbəxtlikdən sürücü xəsarət almayıb. Bundan başqa, Orta Qərvənd kəndi
də atəşə məruz qalıb, evlərin damlarına və divarlarına xeyli sayda
avtomat və pulemyot güllələri dəyib. Kənd orta məktəbində dərslər
yarımçıq dayandırılıb. Xatırladaq ki, son bir həftə ərzində erməni
hərbiçilər Ağdamın Çıraqlı, Orta Qərvənd və Mirəşelli kəndlərini avtomat
və pulemyotlardan, eləcə də iriçaplı silahlardan və minaatanlardan
atəşə tutur.
rəhbəri Vaqif Dərgahlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistan həmişə
olduğu kimi atəşkəsi pozmaqda maraqlıdır, ona görə də gərginlik artan
xətt üzrə gedir: “Ermənilər artıq indiyə kimi olmadığı şəkildə atəşkəs
rejimini pozmağa başlayıb, artıq iriçaplı müasir silahlardan istifadə
edirlər. Özü də onların hədəfləri yalnız hərbi mövqelərimiz deyil, dinc
sakinlər, heç bir hərbi məqsəd daşımayan obyektlərdir”.
helikopter itkisindən sonrakı uğursuzluqların dayandığı qənaətindədir:
“Eyni zamanda düşmən 12 noyabr hadisəsindən sonra cəbhədəki digər
itkilərin əvəzini çıxmağa çalışır. Əsas məqsəd bundan ibarətdir, daim
vəziyyəti gərginləşdirmək istəyirlər. Lakin istənilən halda biz haqq
savaşında qalib gələcəyik. Müdafiə Nazirliyinin rəhbərliyi də qəti
tapşırıq verib ki, düşmənin işğal zonasında hərəkət edən hərbi
obyektləri dərhal məhv edilsin”. V.Dərgahlı Azərbaycanın hava məkanı,
həmçinin işğal altındakı ərazilərin hava məkanının ordumuzun nəzarətində
olduğunu da vurğuladı.
narahatlıqlar artmaqdadır. Xüsusilə də düşmən tərəfin ardıcıl itkilər
verməsi qarşı tərəfi təlaşa salıb. Ermənilər hətta sığındıqları
Rusiyanın onlara xəyanət etdiyini düşünür: “Rusiya xarici işlər naziri
Sergey Lavrovun yanvarın 2-də Ermənistanı Avrasiya İttifaqına girməsi
münasibətilə təbrik etməsindən bir neçə saat sonra Azərbaycan Ordusu
Qarabağda 2 erməni hərbçisini qətlə yetirdi”. ANS-in məlumatına görə, bu
fikri bu gün yazdığı məqaləsində qeyd edən erməni şərhçi Akop Badalyan
iddia edib ki, Azərbaycan ordusuna Qarabağda Ermənistan hərbçilərini
öldürmək əmrini məhz Rusiya verib.

sonra Ermənistanın təhlükəsizlik səviyyəsinin aşağı düşməsindən
gileylənib. “Avrasiya İttifaqına daxil olmaqla Ermənistanın
təhlükəsizlik səviyyəsi artmalı idi. Amma təhlükəsizlik səviyyəsi aşağı
düşür və Ermənistan tərəfinin itkilərinin sayı artır” deyə, Badalyan
vurğulayıb.
başlamayacağını iddia edib. Onun sözlərinə görə, bu məsələdə Moskva ilə
Bakı hələlik razılığa gələ bilməyib. “Moskva Bakıya təklif edir ki, bir
sıra rayonların geri qaytarılmasının əvəzinə Dağlıq Qarabağda Rusiya
qoşunlarının yerləşməsinə icazə versin. Hələ ki bu məsələdə razılıq əldə
edilməyib” – deyən Akop Badalyanın fikrincə, bu məsələdə razılıq əldə
edilən kimi Azərbaycan öz ərazilərini müharibə ilə azad edəcək.
deputatı Mher Sadrakyan Rusiyasız Ermənistanın Azərbaycana məğlub
olacağını etiraf edib.
barədə məqaləsində Mher Sadrakyana istinadən qeyd olunur ki,
“Ermənistan Rusiyasız yaşaya bilməz”. O bildirib ki, Rusiyasız
Ermənistan Azərbaycanla münaqişədə müdafiəsiz qalacaq. “Ruslarsız onlar
(Azərbaycan) bizi udarlar”, M.Sadrakyan deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=15046