MDİ Ermənistanda fəaliyyətini dayandırdı

08.01.2015 - 11:42

Ermənistanda ABŞ-ın maliyyələşdirdiyi Milli Demokratiya İnstitutu
(National Democratic Institute – NDI) öz fəaliyyətini dondurub.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri təşkilatın başçısı Qeqam Sarkisyan verib.
Qeqam
Sarkisyan maliyyənin dayandırılmasının Ermənistanın Avrasiya ittifaqına
daxil olması ilə əlaqəli olmadığına əminliyini bildirsə də, bu barədə
tam şərh verməkdən boyun qaçırıb. “Siz bu barədə sualı yaxşı olar ki,
ABŞ səfirliyinə yönəldəsiz”- deyə Sarkisyan sualdan yayınıb. 
Lakin
buna baxmayaraq o, Qərbin Ermənistandan ümüdünü üzdüyünü və Gürcüstan,
Ukrayna və Moldovaya nisbətən ölkəsinə demokratikləşmə yönündə daha az
maliyyə ayrıldığını etiraf edib.
Qeyd edək ki,
NDI ofisi ölkədə 20 ildir fəaliyyət göstərir və maliyyənin
dayandırılması birinci dəfədir ki, baş verir. Bunu nəzərə alaraq
Ermənistan Avrasiya ittifaqına daxil olmaqla demokratikləşmə yönündə
Qərbin bütün ümüdlərini yerə vurduğunu demək olar.

Short URL: http://www.cumhuriyyet.net/?p=15048

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930