“İsrail qondarma “erməni soyqırım”ını tanımaq niyyətində deyil”
qondarma “erməni soyqırım”ını tanımaq niyyətində deyil. Bu barədə
Trend-ə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bəzi İsrail
siyasətçilərinin hökuməti qondarma “erməni soyqrımı”nı tanımağa
çağırmasına münasibət bildirərkən deyib.
bildirib ki, İsrail demokratik ölkədir və hər kəsin bir deyil, bir neçə
fikri ola bilər: “Hər bir insanın fərdi fikirləri var. Ancaq hökumətin
aydın mövqeyi mövcuddur. Bu məsələyə gəlincə isə İsrail heç vaxt bunu
tanımayacaq və tanımaq niyyətində də deyil”.
ilə Türkiyə arasında müşahidə olunan soyuq siyasi münasibətlər
məsələsinə gəlincə, səfir iki ölkə arasında siyasi əlaqələrin
yaxşılaşacağına ümidvar olduğunu bildirib: “Bizim əməkdaşlığımız üçün
kifayət qədər ümumi məsələlər və maraqlar mövcuddur. Burada “Türk Hava
Yolları”nı misal gətirmək olar. “Türk Hava Yolları” İsraildə fəaliyyət
göstərən ən böyük xarici aviaşirkətdir. Turizm, ticarət sahəsində də
əməkdaşlıq artan xətt üzrə gedir. Ümid edirik ki, iki ölkə arasında
siyasi münasibətlər də yaxşılaşacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15050