İŞİD-in adaxlıbazlıq və nikah qaydaları…

08.01.2015 - 16:10

Suriyada döyüşən bir britaniyalı İŞİD
silahlısı Suriyaya gəlmək, bu qruplaşmaya qoşulmaq və yaraqlılara ərə
getmək istəyən qadınlara məlumat və məsləhətlər verir.
Abul
Qaqa əl-Baritani təxəllüsünü daşıyan britaniyalı yaraqlı qadınlara
onların böyüklərinin evlənmək üçün icazə verməsi qaydalarını izah edir
və Suriyaya İŞİD-in üsul-idarəsi altında yaşamaq üçün gələn qeyri-müsəlman qadınlara buradakı şərait barədə məlumat verir.
Məsləhətləri
çox əhatəlidir. Bundan əvvəlki bloqlarının birində o, “düşmən
əhalisinin mərkəzlərində əqrəb zəhəri də daxil olmaqla təbii və toksik
kimyəvi maddələrdən istifadəni” tövsiyə edib. 

“Bacılar mağarı”…

Abul
Qaqa əl-Baritaninin sözlərinə görə, Suriyaya İŞİD yaraqlılarına
qoşulmaq üçün gələn qadınlar ərə gedənədək “bacılar mağarı” adlanan və
yalnız qadınların yaşadıqları şəhərcikdə sakin olmalıdırlar. Onlar təlim
düşərgələrinə gedə bilməzlər: “Mənim bildiyimə görə, orada fəaliyyətdə
olan təlim düşərgələri yoxdur, lakin qadınların öz ərlərindən təlim
almaları mümkündür”. 
Orada ərəb dilini və
Quranı öyrənməyin mümkün olub-olmadığını soruşan başqa bir qadına
Baritani bunun mümkün olduğunu yazır, amma dərhal haşiyə çıxır: “Mənim
bütün bacılara dediyim kimi, bu, sizin ərə getdiyiniz adamlardan
asılıdır. Ola bilər ona adi evdar qadın lazımdır ki, onu evdə kilidli
saxlasın. Və ya elə qardaşımız da ola bilər ki, xoşqılıqdır və arvadı
üçün adi yaşayışdan daha artığını vermək istəyir”.

Layiqli kişi tapmaq və “5 dəqiqəlik o çox mühüm ilk görüş”…

Baritani həmçinin İŞİD silahlılarının nəzarətində olan Suriyada adaxlıbazlıq və elçilik kimi şeylər barədə məlumat verir.
Nikahda maraqlı olanlar “izdivac məsələləri” ilə məşğul olan yaraqlıları görməlidirlər. 
Bundan
sonra namizədlər təklif edilir və onlarla eyniseanslı qısa mükaliməyə
imkan verən görüş təşkil olunur: “Bu görüşləri evlənməkdə maraqlı
olanlar üçün evlənmək işlərinə baxanlar təşkil edirlər. Namizədlərin
bir-biri ilə danışmaları üçün 5 dəqiqə vaxt verilir və özləri belə
istəyirlərsə, bir-birlərinin üzünü görmək imkanı da yaradılır”.
Baritani yazır ki, beş dəqiqəlik görüşdən sonra potensial cütlüklər evlənmək barədə qərar verə bilərlər. 
“Evlənmək
və ya bir-birlərindən imtina etmək onların öz seçimidir, ən düzünü isə
Allah bilir” – deyə britaniyalı Baritani izah edir.

Atadan icazə alınması…

Özünün
başqa bir bloqunda Baritani izah edir ki, yaraqlılara Suriyaya gələn və
“bacılar mağarı”nda yaşayan əcnəbi müsəlman qadınlarla evlənmək icazəsi
verilib. Lakin İŞİD silahlılarının nəzarətində olan Suriyada ərə getmək
istəyən qadınlar öz böyüklərindən, əsasən də ataları olan məhrəm
şəxslərindən icazə almalıdırlar.
Baritani deyir
ki, adətən sözügedən qadınlar Suriyada, ataları isə Qərbdə olduğundan
onlara internet vasitəsilə atalarından icazə almaq imkanı verilir. 
Lakin
Baritani izah edir ki, qadının atası dini baxış və ya xarakterinə görə
hansısa namizədə etiraz edirsə, onda qadının məhrəmliyi sıra üzrə
növbəti olan böyüyünə, yəni başqa yaxın qohumuna keçir və bu proses
razılıq əldə olunanadək davam edir.

Kirayə, yemək-içmək və oxumaq…

Baritani həmçinin İŞİD yaraqlıları arasında yenicə evlənmiş şəxslər üçün yaradılan şərait barədə də məlumat verir.
Baritaninin
dediyinə görə, “İŞİD-in nəzarətində olan ərazilərdə evli cütlərə ərzaq
üçün aylıq müavinət və şəxsi yaşayış üçün ev verilir, bir şərtlə ki,
həmin vaxt boş ev olsun”.
Əgər boş ev yoxdursa, evlənənlər başqa bir evli cütlə bir evdə yaşaya, yaxud özləri kirayə üçün ev tapa bilərlər. 
“İŞİD kirayə haqqı məsələsində dəstək verir” – yazır Baritani.
O,
həmçinin bəyan edir ki, Səudiyyə Ərəbistanındakı həmcinslərindən fərqli
olaraq İŞİD silahlılarının nəzarətində olan Suriya torpaqlarında
qadınlara maşın sürmək icazəsi verilir.
Görünür,
qadınların maşın sürməsi “İslam Dövləti”ndə olduqca aktual məsələdir,
çünki Baritani özünün sosial şəbəkələrdəki hesabında bu barədə iki suala
geniş cavab verib.
Baritaninin qadınlara
verdiyi izdivac və yerli şərait informasiyası “İslam Dövləti” qrupunun
başqa üzvlərinin verdikləri məlumatlara uyğun gəlir.
Lakin bu yaraqlıların qadın üzvləri üçün Suriyadakı həyatın başqa tərəfləri daha önəmli görünür.
Özünü
Umm Layt adlı ilə təqdim edən bir qadın “Mühacirənin gündəliyi” (yəni
əcnəbi qadın döyüşçünün gündəliyi) adlı bloqunda İŞİD silahlılarının
əlində olan regionlarda arvad olmaq istəyənlərə özləri ilə paltarlarını,
kitablarını və kosmetikalarını gətirməyi tövsiyə edir.
“Ərli
bacılar və ya tezliklə ərə gedəcək bacılar, kosmetika və zinət
əşyalarını Qərbdən gətirin. İnanın mənə, burda heç nə yoxdur” – yazır
Umm Layt (Azadlıq Radiosu).

Short URL: http://www.cumhuriyyet.net/?p=15055

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930