Özünü yandıran “Sovetski” sakininin cəsədi aşkarlandı

08.01.2015 - 16:37

Bakının
“Sovetski” kimi tanınan məhəlləsində evinin sökülməsinə və buna görə
verilən kompensasiyanın azlığına etiraz edərək özünü yandıran sakinin
cəsədini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları aşkarlayıblar.

Musavat.com-un Fövqəladə Hallar
Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumaya görə, Bakı
şəhəri, Yasamal rayonunda sökülmüş evin otağında 1 kv.m sahədə məişət
tullantıları yanmış və 1 nəfərin yanmış cəsədi aşkar edilib. Tikilinin
qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:18-də
yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın Mirzağa Əliyev küçəsi, 108 ünvanında baş verib. Hazırda
həmin küçədə evlərin sökülməsi prosesi gedir. Özünü yandıran şəxsin
kimliyi açıqlanmır, ancaq onun sökülən evinə görə kompensasiyanın
azlığına etiraz olaraq bu addımı atdığı iddia edilir.
“Yasamal rayonu, Mirzağa Əliyev
küçəsi 108 ünvanında bir sakinin köçürmə ilə bağlı verilən
kompensasiyanın miqdarına etiraz olaraq özünü yandırması barədə yayılan
məlumatlar tamamilə əsassızdır”.
Bunu
APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini, “Sovetski” məhəlləsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti
nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.
S.
İslamov bildirib ki, həmin ünvanda ümumi həyət yerləşir. Onun sözlərinə
görə, həmin ünvanda yaşamış Eldar Tağıyev hələ keçən ilin aprel ayında
kompensasiyasını alaraq köçüb, mənzil isə boş qalıb: “Eldar Tağıyev və
ailə üzvləri Köçürmə Komissiyasında olub,  köçürmə və kompensasiya ilə
bağlı razılıqlarını bildiriblər. Aprel ayında da vəsaitlərini alıb,
köçüblər, bu gün də sağ-salamat, yaxşı şəraitdə yaşayırlar. Həmin ümumi
həyətdə digər qonşular da yaşayırlar. Bu gün səhər saatlarında
qonşuların polisə verdiyi məlumata əsasən, orada yanmış meyit
aşkarlanıb. Hüquq-mühafizə orqanları hadisə yerində olub, mən özüm də
orada olmuşam. Həqiqətən köçürülmüş mənzildə yanmış kişi meyiti
aşkarlanıb. Ancaq həmin meyitin həmin ünvana heç bir aidiyyəti yoxdur.
Bu insanın şəxsiyyəti də məlum deyil. Əgər şəxsiyyəti məlum deyilsə,
bəzi mətbuat orqanları nəyə əsaslanaraq qeyd edirlər ki, o, verilən
kompensasiyaya etiraz əlaməti olaraq özünü yandırıb? Bunun heç bir əsası
yoxdur. Ümumiyyətlə, həmin mənzildə yanğın olmayıb, meyit yanmış
şəkildə mənzildə aşkar olunub. Ekspertiza həmin şəxsin kim olduğunu
müəyyənləşdirər ki, hansı şəraitdə ölüb, öldürülüb, yaxud yandırılaraq
ora atılıb. Bu məsələnin köçürülmə, kompensasiyanın azlığı, yaxud
çoxluğu ilə heç bir əlaqəsi yoxdur”. 
S. İslamov
bu gün Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 108 ünvanındakı ümumi
həyətdə digər qonşuların heç bir problem olmadan yaşamaqda davam
etdiyini qeyd edib: “Kimin arzusu varsa, müraciət edir və onların
köçürülməsi təmin edilir. Kimin arzusu yoxdursa, əvvəlki qaydada
yaşamağa davam edə bilər. Kiməsə məcburi kompensasiya verilməsi,
köçürülməsi halı yoxdur, ola da bilməz. Kiməsə digər formada təzyiq də
yoxdur. Bu gün biz ancaq ölçü və inventarlaşdırma işləri ilə məşğuluq.
Arzusunda olan insanlar yenə də Köçürmə Komissiyasına müraciət edirlər
və kompensasiya verilərək onların köçürülməsi təmin olunur. Ancaq kiməsə
müraciət olunsun ki, gəl, səni köçürdürük, elə hal yoxdur”. 
S.
İslamovun sözlərinə görə, hazırda “Sovetski” məhəlləsində çox böyük
sürətlə inventarlaşdırma işləri aparılmaqdadır: “Bu gün qarşımızda duran
əsas vəzifə odur ki, 6 mərhələ üzrə aparılacaq köçürmə işləri ilə bağlı
yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı ölçü və inventarlaşdırma
işlərini başa çatdıraq, daha sonra köçürmə işlərini davam etdirək. Artıq
10 min 500 təsərrüfatdan 6 min 486 mənzildə tam ölçü və
inventarlaşdırma işləri aparılıb və bu işlər davam etdirilir”.
Qeyd edək ki, bu gün Yasamal rayonu Mirzağa Əliyev küçəsi 108 ünvanında sökülmüş evdə yanmış cəsəd aşkar edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=15060

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930